Fransa növbəti dəfə ermənipərəst mövqe nümayiş etdirib-Turan Rzayev


Fransa növbəti dəfə ənənəvi ermənipərəst mövqedən çıxış edib. Belə ki, bu ölkənin Xarici İşlər Nazirliyi 11 apreldə Laçın istiqamətində ermənilərin təxribatı nəticəsində yaranan insidentlə bağlı Azərbaycana qarşı yalançı və əsassız məqamların əks olunduğu bəyanat yayıb.
Bəyanatda bəzi məqamlar diqqət çəkir: Birincisi, Fransa tərəfləri danışıqlar yolu ilə delimitasiya prosesini dəstəkləməyə çağırıb, eyni zamanda Ermənistanın “ərazi bütövlüyünə hörmət” və Azərbaycan Silahlı Qüvvələrinin qoşunların təmas xəttinin Ermənistan tərəfindəki “işğal olunmuş mövqelər”dən çıxarılmasını gələcək insidentlərin qarşısının alınması və regionda davamlı sülh üçün “vacib” hesab edib. Halbuki insident Aprelin 11-i bilavasitə Ermənistan silahlı qüvvələrinin Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən mövqelərinə hücum etməsi nəticəsində baş verib. Fransa tərəfi isə ədalətsiz şəkildə bəyanatında Azərbaycana mesaj ünvanlayıb. İkincisi, Fransa sərhədin Ermənistan tərəfində yerləşdirilmiş, gərginliyin azaldılmasında “əsas rol oynayan” Aİ müşahidə missiyasının fəaliyyətini tam dəstəklədiyini vurğulayıb. Halbuki son zamanlar Ermənistan hakimiyyətinin ritorikasını sərtləşdirməsi, irəli sürülən bütün təşəbbüşləri bloklaması və Azərbaycana qarşı əsassız iddialarla çıxışlar etməsi məhz Aİ-nin missiyası ilə bağlıdır. Sirr deyil ki, Avropa İttifaqının missiyasının Ermənistana gəlməsi bu ölkənin hakimiyyətini cəsarətləndirib. Ermənistan bu missiyanı öz təcavüzkar siyasətinin bir hissəsinə çevirir. Nəticə etibarilə Fransa bu bəyanatla növbəti dəfə qeyri-ədalətli mövqe nümayiş etdirib. Rəsmi Parisin mövqeyini qərəzli edən əsas məqam isə şübhəsiz 25 ilə yaxın müddətdə Azərbaycan-Ermənistan münaqişəsində vasitəçi olarkən Ermənistanın təcavüzünə və işğalçı siyasətinə qiymət verməməsi münaqişənin həllində çalışmamasıdır.
Müəllif: Politoloq Turan Rzayev,
Siam.az 
Tarix: 13-04-2023, 13:10
Xəbəri paylaş





Xəbər lenti