AQTA sədrinə yeni müavin TƏYİN OLUNUB

AQTA sədrinə yeni müavin
Əziz Əşrəf oğlu Şərifov Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini vəzifəsinə təyin edilib.

Siam.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Qeyd edək ki, Əziz Əşrəf oğlu Şərifov 9 sentyabr 1969-cu ildə Füzuli rayonunda anadan olub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində, Azərbaycan Respublikasının Hesablama Palatasında müxtəlif vəzifələrdə çalışıb. 4 iyun 2018-ci il tarixdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Maliyyə və təminat şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

2013-cü ildə namizədlik dissertasiyasını müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru adını alıb.

13 iyun 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

Ailəlidir, iki övladı var.
Tarix: 14-04-2023, 13:18
Xəbəri paylaş





Xəbər lenti