Bu ölkədən ŞOK PLAN - Ərdoğana zərbə vurulmalıdır, Kılıçdaroğlu isə...


 
 
Dünyanın ilk silahlı pilotsuz uçuş aparatı (SİHA) gəmisi hesab edilən, Türkiyənin ən böyük hərbi gəmisi olan "TCG Anadolu"nun Dəniz Qüvvələri Komandanlığına təhvil verilməsi Yunanıstanda Egey dənizindəki gərginliklə bağlı müzakirələrə səbəb olub.
Musavat.com xəbər verir ki, Yunanıstanın “Blue Sky” televiziyasının spikeri İoannis Teodoratos TCG Anadolu ilə bağlı yayımlanan verilişində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı qalmaqallı ifadələr işlədib.
Teodoratos əvvəlcə Afina rəhbərliyinin Egey adalarını silahlandırması ilə başlayan Türkiyə-Yunanıstan gərginliyinə toxunub və bildirib ki, “türklər Egey üçün mühərrikləri qızdırır”.
Yunan spiker Ərdoğanın bu seçkidə qalib gəlməməsi lazım olduğunu bildirib: “Ərdoğanın növbəti 10 il hakimiyyətdə qalması xoşagəlməz sürprizlər gətirə bilər, ona görə də Ərdoğana seçkilərdə zərbə vurulmalıdır".
Qeyd edək ki, İoannis Teodoratos əvvəlki verilişlərində Türkiyənin daxili və milli müdafiə addımlarından narahat olduqlarını açıq şəkildə bildirmişdi.
Ərdoğanın seçkidən sonra müdafiə sahəsində layihələri inkişaf etdirməyə davam edəcəyini bildirən spiker demişdi ki, əgər seçkilərdə Kılıçdaroğlu qalib gəlsə, döyüş təyyarələri almağa belə ehtiyac qalmayacaq.
Tarix: 15-04-2023, 18:03
Xəbəri paylaş





Xəbər lenti