Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi
haqqında Respublika Prezidentinin 29 sentyabr 2022-ci il tarixli
Sərəncamına əsasən Ümummilli Liderin anadan olmasının 100 illiyi və
2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsinə dair Tərtər Rayon İcra
Hakimiyyətinin Tədbirlər Planına əsasən rayonda silsilə tədbirlər davam
edir.Tərtər Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının və Bölgə Təcrübə
stansiyasının təşkilatçılığı ilə YAP rayon təşkilatının inzibati binasında
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ulu
Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda “dəyirmi masa”
keçirilib.
“Dəyirmi masa”da Tərtər rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının
nümayəndələri və Bölgə Təcrübə Stansiyasının kollektivi iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin xatirəsinə ehtiram əlaməti olaraq
onun abidəsi önünə gül dəstələri düzüblər.
Sonra “dəyimi masa” ətrafında davam edən tədbirdə Ümummilli Liderin və
torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir
dəqiqəlik sükutla yad ediblib.
“Dəyirmi masa”da iştirak edən Tərtər RİHB aparatının İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev rayonda Ulu
Öndərin 100 illik yubileyi ilə bağlı keçirilən tədbirlərdən danışıb. O öz
çıxışında bildirib ki, Ulu öndər fəaliyyətinin hər bir məqamı ilə xalqın,
dövlətin, cəmiyyətin və vətəndaşların mənafeyinə xidmət etmiş,
Azərbaycanın bütövlüyü uğrunda, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun
artması üçün fədakarlıqla çalışmış, mümkün olan hər seyi etmişdir. Heydər
Əliyev azərbaycanlı olduğu ilə həmişə fəxr edirdi. Azərbaycan xalqı bütün
dünyanın qibtə edəcəyi Heydər Əliyev kimi rəhbəri, Ümummilli lideri olduğu
üçün xoşbəxtdir. İndi də ona görə xoşbəxtdir ki, əsası Ulu öndər Heydər
Əliyev tərəfindən qoyulan siyasi kursa onun layiqli davamçısı, möhtərəm
Prezident, qalib sərkərdə İlham Əliyev tərəfindən möhkəm və sarsılmaz
təminat yaradılmışdır.
Yeni Azərbaycan Partiyasının rayon təşkilatının əməkdaşı Əli Paşayev,
Bölgə Təcrübə Stansiyasının direktoru Rəşad Familzadə, aqrotexnik Mayıl
Məhərrəmov, şöbə müdiri Ziyəddin Mehdiyev və aqronom Zəminə
Qasımova çıxış edərək, Azərbaycan tarixinin Heydər Əliyev dövrünün
təkcə sürətli inkişaf, yüksəliş anlayışları ilə səciyyələnmədiyini, mahiyyətcə
yeni tarixin formalaşması kimi tarixə həkk olunduğunu vurğulayıblar.
Qeyd olunub ki, Ulu öndər Heydər Əliyev Azərbaycanın yeni tarixini
yaradıb. 1969-cu ildə Onun Azərbaycana rəhbər seçilməsi, əslində çağdaş
tariximizə ölkəmizin sürətli və uzunmüddətli inkişafının əsasını qoyması
kimi daxil olub.
Heydər Əliyevin tarixi rolu və xidmətləri daha çox, qeyri-adi istedad və
yaddaşa, universal biliyə, tükənməz səbrə və ən nəhayət mahir liderlik
keyfiyyətlərinə malik olması ilə əlaqədardır. Heydər Əliyev 34 ildən artıq bir
dövrü əhatə edən zəngin siyasi fəaliyyəti ilə Azərbaycan dövlətinin tarixində
müstəsna rol oynayıb. Məhz buna görə xalqımız Ulu öndərin adını milli
tariximizə dövlətimizin xilaskarı, memarı və qurucusu kimi həkk edib.
Tarix: 17-04-2023, 18:08