"Baydenin qondarma "erməni soyqırımı" haqqında dediklərinin hüquqi əhəmiyyəti yoxdur" - Çavuşoğlu

Nazir: "Siyasətçilər bu kimi tarixi məsələləri öz maraqları üçün istiafdə etməyə çalışır"
ABŞ Prezidenti Co Baydenin qondarma “erməni soyqırımı” haqqında dediklərinin nə mənası, nə də hüquqi əhəmiyyəti var.
SİAM.AZ
-ın APA-ya istinadən xəbərə görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Tv100” kanalına müsahibəsində bildirib.
O qeyd edib ki, Azərbaycanın Qarabağ zəfərindən sonra Ermənistana təsəlli vermək üçün bu hadisələri “soyqırım” olaraq tanımaq istəyən ölkələrin sayı artıb.
Nazirin sözlərinə görə, siyasətçilər bu kimi tarixi məsələləri öz maraqları üçün istiafdə etməyə çalışır. O, Türkiyənin çağırışlarına baxmayaraq, Ermənistanın 1915-ci il hadisələri ilə bağlı ortaq komissiyanın yaradılmasından hər zaman imtina etdiyini də vurğulayıb.
Tarix: 25-04-2023, 09:02
Xəbəri paylaş





Xəbər lenti