"Bəzən deyilir ki, Rusiya Ermənistanı dəstəkləyir, əslində münaqişəni dəstəkləyir"

"Bəzən deyilir ki, Rusiya Ermənistanı dəstəkləyir, əslində münaqişəni dəstəkləyir"

“Rusiya sülhməramlıları müvəqqəti olaraq Azərbaycan torpaqlarında 2020-ci il 10 noyabrında imzalanmış “Üçtərəfli” razılaşmaya əsasən yerləşiblər. Həmin razılaşmanın 4-cü bəndinə görə sülhməramlıların qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış tərəflərdən hər hansı biri müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə qədər uzadılacaq. Xalq olaraq 5 il müddətin bitməsini səbirsizliklə gözləyirik ki, ərazimizdən Rusiyaya məxsus “sülhməramlılar” çıxsın. Görülən tədbirlərdən də aydın olur ki, dövlət olaraq da bunu istəyirik. Çünki Rusiya sülhməramlıları “Üçtərəfli” razılşma ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmirlər. Müvvəqəti məskunlaşdıqları ərazidən erməni silahlı qüvvələrini çıxarmırlar, əksinə olaraq onlara silah daşıyırlar. Yəni sülhü yaratmaq əvəzinə, münaqişəni yenidən alovlandırmağa cəhd edirlər”.

Bu barədə Bizimyol.info xəbər portalına “Ana Vətən” partiyasının sədr müavini, politoloq Yalçın Hacızadə danışıb. O, bildirib ki, Azərbaycanın öz ərazilərini və sərhədlərini qoruyacaq, kifayət qədər hərbi və texniki imkanları var. Azərbaycanın hansısa bir ölkənin silahlı qüvvələrinin ərazimizdə təhlükəsizliyi təmin etməsi, sülh yaratması adı ilə qalmasına ehtiyacı yoxdu. Azərbaycanın kifayət qədər müasir, komplekləşdirilmiş hərbi qüvvələri vardı və bütün dünyada bunun şahidi oldu.

“Bizdə bəzən deyilir ki, Rusiya Ermənistanı dəstəkləyir. Əslində Rusiya münaqişəni dəstəkləyir, sadəcə olaraq bu münaqişəni Ermənistanın əli ilə yaratdığına görə elə təəssürat yaranır ki, Rusiya Ermənistanı dəstəkləyir. Bu gün Ermənistan Qarabağ məsələsindən imtina etsə, Rusiya yenə hansısa formada ərazidə qalmaq üçün təxribatlar törədəcək. Ermənistanı yaradan Rusiyadır, məqsədi də türk ölkələrinin əlaqələrini kəsmək və regionu hər zaman münaqişəli vəziyyətdə saxlamaqdı. Rusiyanın regionumuzla bağlı siyasəti də başqa yerlərdə etdiyi kimidi. Münaqişə yaradaraq tərəflərə təsir etmək. Ona görə Rusiya silahlı qüvvələri olan “sülhməramlılara” kimin komandan olaraq göndərilməsi ilə dəyişən nəsə olmayacaq. Gələn rəhbər də eyni siyasəti davam etdirəcək”-deyən politoloq hesab edir ki, Rusiyanın ağır bir vəziyyətində, Ukrayna bataqlığında çabaladığı bir zamanda Müdafiə nazirinin müşaviri olan, general-polovnik rütbəli şəxsi 1960 hərbiçidən ibarət olan “sülhməramlılara” komandir olaraq göndərməsi informasiyasının yayılması, Rusiyanın ya bu məsələyə həqiqətən çox önəm verdiyini göstərir ya da ki, Rusiyada general-polkovnik rütbəli zabit o qədər çoxdur ki, yerləşdirməyə yer axtarırlar.
Politoloqun fikrincə, Rusiyanın təsiri, gücü əvvəlki kimi deyil. Ona görə nəyin ki Cənubu Qafqazdan, bir çox yerlərdən, əsasən də köhnədən məskunlaşdığı yerlərdən sıxışdırılaraq, çıxardılır. Çünki Rusiya əlaqələrini müttəfiqlik üzərindən deyil də təhdid üzərindən qurur. Qonşularını silahla, hərbi qüvvəsi ilə Avropanı da neft-qazla qorxudurdu. Ukraynada müharibə başlatdıqdan sonra göründü ki, əslində silahlı qüvvələri hələ də, İkinci dünya müharibəsi səviyyəsindədi, Avropa da alternativ yollarla neft-qaz əldə edə bildi. Ona görə qonşuları və Rusiya ilə əlaqəsi olan ölkələr onun təhdid, işğal siyasətindən beziblər və Rusiyanın təsirindən çıxmağa çalışırlar. Rusiya keçmiş SSRİ ölkələrini müttəfik, onunla eyni statuslu ölkə kimi görmür. Bu ölkələrin üzv olduğu MDB və KTMT kimi qurumlarda da dövlətləri müxtəlif formada təsir edərək saxlayır. Həmin ölkələrin xalqları isə Rusiyaya nifrət edirlər.
“Misal üçün deyim ki, Rusiyaya MDB məkanında ən yaxın olan ölkə Belarusiya və Ermənistandır. Ermənistanda seçki ilə xalq Qərbin adamını seçdi, Belarusiyada da qərbyönümlü namizəd uğur qazanmışdı. Yəni Rusiyanın sıxışdırılmasında əsas səbəb onun apardığı şovinist, işğalyönümlü siyasətdi.
Qardaş Türkiyənin inkişafı, mütəffiqləri ilə eyni statuslu davranması, regionda gedən proseslərə təsir edə bilməsi, Rusiyanın əksinə olaraq sülhü dəstəkləməsi ona olan marağı artırır”-deyən politoloq bildirib ki, bu səbəbdən də, Orta Asiyada, Azərbaycan və Gürcüstanda, Şərqi Avropada, Yaxın Şərqdə və Afrikada böyük nüfuz qazanır və Rusiyanın sıxışdırılıb, çıxarıldığı yerləri Türkiyə doldurur.
Tarix: 30-04-2023, 22:39
Xəbəri paylaş





Xəbər lenti