Sühməramlılarının Qarabağdan getməsinə qarşı tənqid: - ABŞ yersiz ittihamlar irəli sürür

Sühməramlılarının Qarabağdan getməsinə qarşı tənqid:
Bu, Rusiyanın etibarsız müttəfiq olduğunun göstəricisidir.
Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel Rusiyanın sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasını şərh edərkən deyib.


“Rusiya ordusunun daha dinc və sabit Cənubi Qafqaz regionuna sərmayə yatırdığını göstərən heç nə görmədik və payızda Qarabağda baş verən hadisələr də bunun göstəricisidir. Bu, Rusiyanın etibarlı müttəfiq və ya tərəfdaş olmadığının başqa bir nümunəsidir”, - o bildirib.

Patel əlavə edib ki, ABŞ Ermənistan və Azərbaycanın sülhə nail olmaq səylərini qətiyyətlə dəstəkləyir və bu prosesin asanlaşdırılmasına kömək etməyə hazırdır.

Göründüyü kimi, ABŞ-ın sülhməramlıların çıxarılmasını alqışlamaq əvəzinə məsələni neqativ tərzdə şərh etməsi Vaşinqtonun rikayarlığının növbəti göstəricisidir. İndiyədək dünyanın bütün bölgələrindən Rusiyanı sıxışdırmağa çalışan ABŞ, Qarabağdakı sülhməramlılara yanaşmada fərqli mövqe ortaya qoydu.
ABŞ dəfələrlə Rusiyanı Dnestryanı, Abxaziya, Cənubi Osetiyadanı sülhməramlı kontingenti çıxarmağa çağırıb. 2022-ci ilin yanvarında ODKB qüvvələrinin Qazaxıstandan çıxarılmasını alqışlamışdı. ABŞ Azərbaycan-Ermənistan arasında münaqişənin başa çatması, sülhün bərqərar olması və sülhməramlı missiyanın çıxmasını alqışlamalı və Azərbaycanı təbrik etməli idi. Amerikanın əks mövqe ortaya qoyması bir daha göstərir ki, ABŞ regionda davamlı sülhüm təmin olunmasında maraqlı deyil və öz geosiyasi məqsədlərini güdür.

Amerikanın regionda gərginliyi alovlandıran növbəti çıxışını “Sherg.az”a dəyərləndirən türk siyasətçi və yazar Aydın Sezer bildirib ki, Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin sözçüsünün açıqlamasında Rusiya sühməramlılarının Qarabağdan getməsinə qarşı tənqid görürük:

“Onsuz da İkinci Qarabağ savaşından sonra Rusiya, Azərbaycan və Ermənistan arasında olan raşılaşmada sülhməramlılarının Qarabağda 2025-ci ilin sonuna qədər qalması planlaşdırılmışdı. 2025-ci ildən əvvəl Rusiya sülhməramlılarının geri çəkilməsinin səbəbi isə Qarabağdakı ermənilərin könüllü şəkildə ərazini tərk etməsidir. Status-kvo dəyişdiyinə görə rus sülhməramlılarının Qarabağda qalmasının mənası yoxdur. Patel bu çıxışı ilə Qarabağda yaşayan erməni güclərinin və xalqının ərazini tərk etməsində Rusiyanın sadəcə olaraq izləyici qaldığını vurğulamağa çalışır. Yəni ABŞ Rusiyaya qarşı yersiz ittihamlar edir. Ümumiyyətlə rəsmi Vaşinqton regionda gərginlik yaratmaqla Şimal qonşumuza mənfi təsir göstərmək üçün çabalayır”.
Tarix: 18-04-2024, 21:58
Xəbəri paylaş





Xəbər lenti