Erməni cəmiyyəti həyəcan içində, mif dağılır: “Yığışdırın bu müzakirəni”

Qraf Monte Kristonun adaşını nə və niyə bu qədər qəzəbləndirdi?
Yaxın günlərdə, şeytani rituala görə, bütün dünyada ermənilərin sızıltısı birləşərək, bir matəmli ah-nalə nəhrinə çevriləcək. Aprelin 24-də erməni xalqı “erməni soyqırımı”nın növbəti ildönümünü qeyd etməyə hazırlaşır. Sümüklər üzərində rəqsdən ibarət bu iyrənc ritual 109-cu ildir ki, davam edir.
Amma bu il çox güman ki, xüsusi il olacaq. Əgər əvvəllər bizim “qədim” qonşularımızın iki mənəvi bağı var idisə - soyqırımı və Qarabağ - bu gün onlar ikincini itiriblər. Qarabağ erməni işğalçılarından tamamilə azad edilib, ermənilər ikinci ideoloji dayaqsız qalıb ki, bu da “timsah göz yaşlarının” bir istiqamətdə ikiqat güclə axacağı deməkdir.
Və "cənazə bayramına" hələ müəyyən qədər vaxt qalsa da, "əzabkeşlər" yarışa girməzdən əvvəl idmançılar kimi bu gündən artıq isinmə hərəkətlərinə başlayıblar. Və ya konsertdən əvvəl musiqiçilər kimi məşqə başlayıblar. Bir sözlə, qarşıdan gələn şounun elementləri bu gündən artıq görünür.
Və burada qəfildən məlum olur ki, “erməni soyqırımı”nın möhtəşəm mifi dağılır. Olduqca əhəmiyyətsiz, lakin nağılları sevənlər üçün həyəcan siqnalı kimi xidmət edən bir hadisə baş verdi.
“Soyqırımı”nın çoxsaylı tərəfdarlarından biri, keçmiş xüsusi tapşırıqlar üzrə səfir Edmon Marukyan hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Andranik Köçəryanla verbal şəkildə toqquşub. “Bu, tələdir, bu müzakirəni dayandırın. Türkiyə istəyir ki, bu məsələ müzakirə mövzusuna çevrilsin”, - deyə Marukyan qəzəblənir.
O, hakimiyyətdən tutmuş ictimai dairələrə qədər bütün tərəfləri “erməni soyqırımı”nı şübhə altına alan “bu çirkin diskursa” son qoymağa çağırır: “Erməni soyqırımı 30-dan çox ölkə, ABŞ-ın 50 ştatı tərəfindən soyqırımı faktı kimi tanınıb və pislənib”.
Görəsən, möhtərəm Qraf Monte Kristonunun adaşını nə və niyə bu qədər qəzəbləndirib? Köçəryanın hansı sözləri Edmona elə təsir edib ki, kürəyinə bıçaq sancılmış kimi olub? Baxmayaraq ki, Koçaryanın dediyi sözlər tamamilə zərərsiz idi.
Sadəcə olaraq, Andranik Köçəryan “erməni soyqırımının 1,5 milyon qurbanının adının müəyyənləşdirilməsinin zəruriliyini” bəyan edib. Hamısı budur. Bəs Marukyan niyə Köçəryanın sözlərini düşmənçiliklə qarşılayıb? Axı məhz “soyqırımı” edilənlərin adlarına aydınlıq gətirilməsi törədilmiş “cinayətin” sübutu məsələsində ermənilərin əlinə əhəmiyyətli “kozır” verəcək.
Lakin həqiqəti mükəmməl bilən Marukyan anlayır ki, bu qədər adı tapıb çıxarmaq son dərəcə çətin olacaq. O, hıçqırıq həddinə qədər qəzəblənərək, bununla qeyri-ixtiyari olaraq erməni saxtakarlığını ifşa etdi. Axı, əgər həqiqətən də “soyqırımı”, “1,5 milyon qurban” olsaydı, Marukyan bu fürsətdən dərhal istifadə edib, özünün haqlı olduğunu dünyaya sübut edərdi.
Əvəzində o, “erməni soyqırımı”nı aksiom kimi qəbul etməyi təklif edir, dünyanın 30 ölkəsinə və ABŞ-ın 50 ştatına apellyasiya edir. Biz hər bir ölkə haqqında ayrı-ayrılıqda danışmayacağıq, dünyanın üç nüfuzlu gücünə diqqət yetirəcəyik - ABŞ, Rusiya, Fransa. Və burada sual yaranır: bəs hakimlər kimlərdir? Bunlar əlləri dirsəyə qədər deyil, çiyinə qədər qan içində olan mentorlardır.
Amerikalılar vaxtilə hindulara qarşı soyqırımı törədiblər. Bu dəhşətli qırğının təsviri insanın qanını dondurur. ABŞ hökumətinin o vaxtkı başçıları açıq şəkildə bildirmişdilər ki, “gözəl çəkmələr hindu dərisindən hazırlana bilər” və “yaxşı hindu – ölü hindudur”.
1776-cı ildə Müstəqillik Bəyannaməsindən sonra ABŞ hökuməti 1500-dən çox basqın həyata keçirib, hindu tayfalarına hücum edib, hinduları məhv edib, onların torpaqlarını ələ keçirib və çoxsaylı cinayətlər törədib.
Məsələn, 1814-cü ildə Birləşmiş Ştatlar qanun qəbul etdi ki, ona görə təhvil verilən hər bir hindu baş dərisi (skalp) üçün ABŞ hökuməti 50-100 ABŞ dolları məbləğində mükafat ödəyəcək. Məhz belə mütəşəkkil qətllər nəticəsində hinduların sayı 1492-ci ildəki 5 milyondan 20-ci əsrin əvvəllərində 250 minə düşdü, bir çox hindu qəbilələrinin kökü tamamilə kəsildi.
Və bütün bunlardan sonra ABŞ “erməni soyqırımı” məsələsində müstəqil ekspert kimi çıxış edib Türkiyəni qınaya bilərmi? Sual ritorikdir.
Və ya məsələn, fransızları götürək. Kim kim, amma bu məsələdə "fransız inəyi" şübhəsiz ki, səsini çıxarmamalıdır. O susmalıdır!
“Demokratik” Fransa qısa müddət ərzində Ruanda və Əlcəzairdə milyonlarla insanı məhv etdi. 1945-ci ildən son vaxtlara qədər Fransa müstəmləkə administrasiyası Əlcəzair əhalisinin 15%-ni məhv etdi. Bəs bundan sonra fransızlar qondarma “erməni soyqırımı” haqqında kəkələməyə cəsarət edir?
Yoxsa Rusiya bu məsələdə “arbitr” ola bilər? Həmin Rusiya ki, “denasifikasiya” adı altında ukraynalıların soyqırımını həyata keçirir.
Yeri gəlmişkən, hələ 2022-ci il may ayının sonlarında (Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəyə başlamasından bir ay sonra) “New Lines Institute” və “Raul Uollenberq” Mərkəzi müstəqil hesabat yayıb. Orada qeyd olunur ki, Rusiyanın dövlət səviyyəsində təşkilatlanmış, soyqırımına və Ukrayna xalqını məhv etməyə yönəlmiş vəhşiliklər törətməsi barədə kifayət qədər sübutlar var. Ekspertlər belə qənaətə gəlirlər ki, Rusiyanın hərbi cinayətləri və insanlığa qarşı cinayətləri Ukraynanı və ukraynalıları ayrıca milli qrup kimi məhv etmək üçün soyqırımı niyyətindən irəli gəlir və onları soyqırımı kimi təsnif etmək olar. Bu da hakim…
Və son bir məqam. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə Ermənistanı arxivlərini açmağa çağırıb. O, dəfələrlə bəyan edib ki, Türkiyə arxivləri açıqdır və onların gizlədəcək heç nələri yoxdur.
“Həqiqəti tapmağı qarşısına məqsəd qoyanlar üçün arxivlərimiz tamamilə açıqdır. Gizlədəcək heç nəyimiz yoxdur. Erməni məsələsi və terrorla mübarizə mövzusunda Türkiyəyə insan haqları və demokratiya dərsi verməyə çalışanların hamısının özlərinin qanlı keçmişi var”, - deyə Türkiyə lideri vurğulayıb.
Hər şey son dərəcə aydın və dəqiqdir. Ancaq ermənilərə həqiqət lazım deyil. Bu həqiqət onların “soyqırımlı həyat bayramını” məhv edəcək. Belədə isə heç olmasa, hamının onlara yazığı gəlir. Yazıq millətin (istisnalar olsa da) başqalarının rəhminə ehtiyacı var.
Andranik Köçəryan isə qəfildən ermənilərin bir çox nəsillərinin həyatının özəyini, məqsədini, hətta demək olar ki, “mavi yuxu”nu parçalamaq qərarına gəldi. Andranik böyük riskə gedir. Artıq bir “satqın” var - Nikol Paşinyan. Bu kimi daha bir-iki ifadə və Köçəryan da satqınlar kürsüsündə Paşinyanın yanında yer alacaq...
Müəllif: Fed Bakinski
Tarix: 19-04-2024, 22:34
Xəbəri paylaş





Xəbər lenti