Sahil Babayev də eynən Səlim Müslümovun yolunu gedir... - Sadəcə olaraq DAHA İRİ ADDIMLARLA...
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yaninda Dövlət Məşğulluq Xidməti “Agri Kon” QSC ilə 27,7 milyon manata yaxın müqavilə bağlayıb.
DİA.AZ xəbər verir ki, bu müqavilənin predmeti özünəməşğulluq tədbirlərinin təşkili çərçivəsində respublikanın rayonları üzrə əhalinin özünəməşğulluğunun təmin olunması ilə bağlı tələb olunan kənd təsərrüfatı mallarının satınalınması nəzərdə tutulur.
Müqaviləyə görə, nazirlik QSC-yə 27 698 780 manat ödəməli olacacaq.
DİA.AZ xatrladır ki, buna qədər nazirlik tərəfindən həyata keçirilən özünüməşğulluq siyasəti kifayət qədər qalmaqalla müşaiyət olunub. İndi isə Sahil Babayev bu işi heç də barəsində yetərli məlumatlar olmayan “Agri Kon” QSC-yə həvalə edib.
Hər halda inandırıcı deyil ki, sıradan birisi belə bir milyonluq dövlət layihəsinin icrasını üstələnsin. Görünəni odur ki, Sahil Babayev də eynən Səlim Müslümovun yolunu gedir. Sadəcə olaraq DAHA İRİ ADDIMLARLA...
Qarşı tərəfin də fikirlərini işıqlandırmağa çalışacağıq...