Əbülfəs Qarayev nazir kürsüsünü niyə məşğul edir? - Tarixi abidələrimiz göz-görəsi məhv edilir...
İsmayıllı rayonunun Sulut kəndinin ərazisində yerləşən tarixi abidə (Buzxana) dağıntılara məruz qalıb.
Publika.az xəbər verir ki, XIX əsrin əvvəllərində sonuncu Şamaxı xanı Mustafa xan tərəfindən (Fit dağı yaxınlığında) inşa edildiyi güman edilən tikili həmin dövrdə Xalqdan vergi kimi yığılan ərzaqların saxlanılması üçün istifadə edilib.
Lakin son vaxtlarda tarixi abidə kimi qeydiyyatda olan buzxana baxımsız vəziyyətdə qalıb. yerli sakinlərin bildirdiyinə görə, abidənin dağıntılara məruz qalmasının əsas səbəblərindən biri də insanların qızıl tapmaq məqsədilə burada qazıntılar aparması olub.
Tarixi abidənin son vəziyyətini əks etdirən görüntüləri təqdim edirik.