Şikayətlərinə baxılmayan ana carəsiz durumda

 

“Dedilər kredit götür, 2000 manat ver sənə pensiya düzəldək”

Bakı şəhəri, Nərimanov rayon sakini Xəyalə Orucova hazırda içləmir. Üç əvvəl oğlu Muradın aşağı ətrafları ağır yanığa məruz qalıb. Xəstə uşağına baxdığına görə işindən ayrılmaq məcburiyyətində qalıb. “ Həmin qəzadan sonra oğlum sağlamlığının xeyli hissəsini itirib. Üstəlik bu səbəbdən uşaqda fobiyalar yaranıb. Ona görə onu tək qoyub işləyə bilmirəm. Uşağa baxmağa görə verilən 50 manat müavinat da vaxtı-vaxtında verilmir”,- deyə şikayətçi ana bildirib.
Ünvanlı sosial yardım üçün olunan müraciətə isə mənfi cavab gəlib. Səbəb bir ay üçün elektrik sərfiyyatının 68 man olması göstərilib. Orucova Xəyalə bu məsələyə aydınlıq gətirib: “Evimdə zəruri olan elektrik avadanlıqlarının əksəriyyəti yoxdur. Bizim o qədər elektrik borcumuz ola bilməz. Həm də bu yalnız bir ay üçün olub. Həmin dövrdə bizim xəttə qoşulma olub. Qısaqapanma baş verib. Soyuducumuz yanıb. Bununla bağlı işıq idarəsinə müraciət də etmişəm, amma onlar məsələni araşdırmayıb”.
Şikayətçi ana onu da bildirib ki, Nərimanov rayonu Əmək Və Əhalinin Sosial Müdafiə mərkəzindən ona rüşvət qarşılığında kömək edə biləcəkləri bildirilib. Orucova Xəyalanın isə onların dediyi iki min manat məbləği vermək imkanı olmayıb. O, mərkəz işçisinin votsap yazışmaları ilə bunu sübut edəcəyini də deyib.
Həmçinin şikayətçi ananın oğlunun uşaq sanatoriyalarında dincəlməsi üçün etdiyi müraciətlərə də baxılmayıb. Gənclər və İdman Nazirliyinin əməkdaşları onu kobudluqla yola veriblər.
Orucova Xəyalə sonda bütün bu məsələlərlə bağlı ölkə başçısına müraciət edərək ondan kömək istəyib.

azadliq.info


Tarix: 23-08-2019, 16:53
Xəbəri paylaş





Xəbər lenti