"Dedilər ki, Məşğulluq Mərkəzinə get..." - GİLEY

 Göyçay rayon sakini Nurlan Məmmədov işsizlik problemi ilə bağlı şikayətçi düşüb. DİA.AZ-ın məlumatına görə, narazı vətəndaş Göyçay Rayon Məşğulluq Mərkəzində üç il əvvəl qeydiyyata dayansa da, hələ də gözləyir, onu işlə təmin etmirlər:

"İcradan ikinci dəfə gələndə şəxsiyyət vəsiqəmi götürdülər ki, səni Göyçay Rayon Qaz-İstismar İdarəsinə işə düzəldəcəyik. Şəxsiyyət vəsiqəmi götürüb, getdilər. Üstündən bir müddət keçəndən sonra dedilər ki, Göyçay Rayon Məşğulluq Mərkəzinə get. Mərkəzdə mənə dedilər ki, iki gün bundan qabaq qeydiyyata alınmısınız. Halbuki, mən 2017-ci ilin iyulunda qeydiyyatdan keçmişdim. Kompüteri açıb, deyir ki sistemdə adın çıxmır. Mən də soruşdum ki, bəs sizin arxiviniz yoxdur? Təklif etdim ki, otaqda olan kameranın arxivini açın. Sizə bura gəlib, qeydiyyata dayandığım vaxtın gününə, saatına kimi deyərəm. Cavabında dedilər ki, biz onlara baxa bilmirik. Deyirəm ki, bəlkə iki il qabaq kimsə gətirib bura bomba ilişdirib, indi partladacaq? Necə yəni kameranın arxivi yoxdur?

Mən üç il mühasib işləmişəm. 2017-ci ildə işdən çıxdım, Məşğulluq Mərkəzinə gedib, sənəd verdim ki, Göyçay Rayon Qaz-İstismar İdarəsinə işə düzəlim. Mənə dedilər ki, vakant yer olan kimi sizə xəbər edəcəyik. Əlavə etdilər ki, siyahıda 3-4-cü adamsan. Məndən sonra müraciət olunanlar artıq işləyir. Mən niyə işə girə bilmirəm? Göyçay Rayon Məşğulluq Mərkəzinin müdiri Namiq İsmayılov mənə deyir ki, vakant yer yoxdur. Soruşuram ki, necə yəni yoxdur? Düz iki ildir ki, gözləyirəm. Bu iki ildə Göyçay Rayon Qaz-İstismar İdarəsinə işçi yönləndirilib axı”.

Qarşı tərəfi də dinləməyə hazırıq...
 
Tarix: 2-09-2019, 10:21
Xəbəri paylaş





Xəbər lenti