Bakıda 46 otaqlı otel satışa çıxarıldı: Qiymət... - Foto

  

Nərimanov rayonu Teymur Əliyev küçəsində lüks otel əşyaları ilə birgə satışa çıxarılıb.
Axar.az xəbər verir ki, 46 otaqdan ibarət olan otel 62 sot torpaqda inşa edilib. Hər bir otaqda ayrıca hamam, rahat yataq otağı və mətbəx var. Bütün otel mərkəzi kondisioner və istilik sistemi ilə təchiz edilib.
Otaqlarda lazımi mebel və avadanlıqlar, televizor, telefon, Vay-Fay sistemi, otelin həyətində isə park meydançası, hovuz, fitnes klub, restoran və fontan var. Bina 24 saat işləyən resepşn və mühafizə sisteminə sahibdir.
Otel 15 milyon manata satışa təqdim edilib.  
Tarix: 2-09-2019, 16:21
Xəbəri paylaş





Xəbər lenti