Bərdənin Əliyanlı kəndində sosial yardıma ehtiyyacı olub, ala bilməyən Ağayevlər ailəsi var
Ağayevlər ailəsindəki uşaqlar da məktəbə nimdaş paltarda, cırıq ayaqqablarla gedirlər. Siam.az: Bərdə rayonunun Əliyanlı kəndində yaşayan Ağayevlər ailəsi gəlirlərinin azlığına görə çətin şəraitdə yaşayır. Mənzil şəraitləri olduqca acınacaqlıdır. Çiy kərpicdən bir otaq hazırlayıb , içərisinə yığışsalar da beş nəfərlik ailə üçün belə bir şərait əlbəttə ki, arzu olunan deyil. Qarşı otaq mətbəx kimi istifadə olunur. Əslində bura otaq demək də olmur. Döşəməsi torpaqdan, tavanı isə görünən şiferdən ibarətdir. Şiferlər isə istifadə olunmuş material kimi heç də yaxşı vəziyyətdə deyil. Belə ki, dəlikləri olduğundan yağış sularını saxlaya bilmir. Yağış yağanda Ağayevlər ailəsi qablar düzməklə yığılan suları toplayıb, mənzildən kənarlaşdırmağa çalışırlar. Onu da bacardıqları qədər edə bilirlər. Nə qədər çalışsalar da ev yenə yağış suları ilə dolub ,daşır. Mənzil şəraiti ilə yanaşı ailənin məşğulluq problemi də mövcuddur. Ata, ana işləsələr də gəlirləri ailənin ehtiyyaclarını qarşılamır. 5 nəfərlik ailə ağır sosial şərtlər daxilində yaşamaq uğrunda həyatla mübarizə aparmalı olurlar. Əsgərova Aynur İzzət qızı Laçın rayonunun Kürdhacı kəndindən məcburi köçkündür. Laçının işğalından sonra ailəsi ilə Aynur Əsgərova Bərdə rayonunun Mollalı kəndində məskunlaşıblar. Ailə həyatı qurduqdan bir müddət Tərtər rayonunun Borsunlu kəndində yaşayıblar. “ Orda dolanışığımızı təmin edə bilmədik. Əsas məşğuliyyət əkin-biçin olduğundan suvarma olmadığına görə heç nə əldə etmək mümkün deyil. Buna da səbəb ermənilər nəzarət etdikləri su mənbələrindən suvarmaya əngəl yaratmalarıdır. Onlar Sərsəng dəryaçasından yay gələndə bizim kəndlərə gələn suyu bağlayırlar. Ona gərədə Borsunlu camaatı bundan çox əziyyət çəkirlər. Orada yaşayıb, dolanmaq mümkün deyil. Məcbur olub, Əliyanlı kəndinə gələrək, burada məskunlaşmağımızın da səbəbi budur. Burada ordan fərqli həyat şəraiti qismən yaxşıdır. Özüm gündəlik işlərə gedirəm. Az da olsa pul gətirə bilirəm. Həyat yoldaşım da mebel mağazalarından birində işləyir. Onun da aldığı məvacib bizim dolanışığımıza bəs etmir. “- deyə bildirib Aynur Əsgərova.Ağayevlər ailəsi ilə söhbət zamanı məlum olur ki, onlar Əliyanlıdakı bu ünvanda 5 il əvvəl məskunlaşıblar. Onlar dünənə baxanda bu günə şükür edirlər.” Ailə qurandan sonra 7 il kirayədə yaşadıq. Burada kiçik torpaq sahəsində məskunlaşaraq “klyonka”dan alaçıq qurduq. Bu üç uşaqla “klyonka” alaçıqda yaşadıq. Bir dəfə gecə qonşunun iti az qalmışdı uşağımızı aparsın.Ayılıb, gördük ki, it uşağı aparır. 8 ay həmin şəraitdə yaşamalı olduq.Qış da ordan,burdan odun tapıb, yerimizi çətinliklə qızdırırdıq. Çiy kərpicdən balaca daxma qaraladıq. Gücümüz çatan qədər özümüzə şərait yaratmağa çalışsaq da hələ də buna nail ola bilməmişik.”- deyərək Aynur Əsgərova əlavə edir.Ailədə böyüyən üç uşaqdan ikisi ilə tanış oluruq.Birinin adı Zəkiyyə, digərininki isə Fatimədir. Yaşlarına görə çox zirəkdilər. Artıq onlar ev işlərini belə üzərlərinə götürüblər. Anaları evdə olmadığına görə, istəmədiyimiz halda belə süfrəyə çay gətirdilər. Atalarının süfrəyə çay gətirilməsi barədə dediyini eləmişdilər. Atanın – özünüzüyandırarsınız-deyə narahatçılığına cavab da aldıq dərhal. – Artıq olan olub, Fatimə yandırıb,özünü – dedilər.Məlum oldu ki, balaca Fatimə özünü yandırıb, amma qorxulu deyil, yüngülvaridir. “Zəkiyyə və Fatimənin məktəbə gedəndə qayğıları bir az da artır. Onlar nimdaş paltar və cırıq ayaqqabılarla dərsə gedirlər. Himn oxunanda uşaqlar sırada durarkən yoldaşlarının nəzərindən yayınsınlar deyə ayaqlarını gizlətmək üçün həmişə arxa sırada dururlar”- deyə uşaqların anası Aynur xanım əlavə edir. Aynur Əsgərova bildirib ki, onlar Ünvanlı Sosial yardımla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sistemi vasitəsilə müraciər etsələr də imtina cavabı alıblar. Səbəb də həyat yoldaşının adına Tərtər rayonunun Borsunlu kəndindəki pay tormağının olmasıdır.” Borsunlu kəndi cəbhə xəttinə yaxın olduğundan suvarma mənbələrinə ermənilər nəzarət edirlər. Onlar ordan su vermirlər. Camaatın əkini biçini yanıb məhv olur. Əkmək , biçmək mümkün deyil. Ona görə də biz həmin pay torpağımızdan istifadə edə bilmirik. Əmək və əhalinin sosial Müdafiəsi Nazirliyində isə bu amili nəzərə almırlar. Ünvanlı Sosial Yardımı almaq üçün bizim iki yolumuz qalır. Ya torpağı satmalı, ya da adımızdan çıxarmalıyıq.Sata bilmirik.Ona görə ki,dediyimiz səbəblərdən əkib , becərmək mümkün deyil. Adımızdan çıxarmaq üçün isə ailə üzvlərimizdən birinə bağışlama edə bilərik. Buna görə xeyli xərc tələb olunur. Notariat xərcləri, Daşınmaz əmlak idarəsinə ödənilməli rüsum və xidmət haqqı 300 manatdan artıqdır. Ailə üzvlərinin razılığı olmalıdır. Rəhmətə getmişlərin isə ölüm şəhadətnaməsi tələb olunur. Atam və qardaşım rəhmətə gedib. Atamın ölüm şəhadətnaməsini təqdim edə bilirəm. Ancaq qardaşımın ölüm şəhadətnaməsini ala bilmirik. Hansı ki, qardaşım Ağayev Anar Ələsgər oğlu avtomobil qəzasında həyatını itirib. Tərtər rayon VVAQ şöbəsindən bildirirlər ki, kənd icra nümayəndəliyindən ölüm barədə məlumat daxil olmadığına görə ölüm haqqında şəhadətnamə verə bilmirik.”
Siam.az
Tarix: 7-09-2019, 20:55