Dünyanın ən yaxşı və pis xəstəxanalarının Reytinqi hazırlandı – Azərbaycan siyahıda bu yerdədir





Hazırda dünyanın heç də hər sakini lazımi anda keyfiyyətli tibbi yardım almır. Bir çox ölkələrdə insanlar müasir və  keyfiyyətli tibbi köməklə əhatə olunub, digər tərəfində yaralı uşağa yardım edəcək tibbi məntəqə belə yoxdur.

Britaniyanın The Legatum Institute təşkilatı Dünya dövlətlərinin inkişafı adlı illik reytinq araşdırmasının nəticələrini dərc edib.
 
Kriteriyalar içində səhiyyə də var. Burada 167 dövlət içərisində səhiyyə infrastrukturun vəziyyəti, profilaktika, əhalinin fiziki və psixi sağlamlığı üzrə vəziyyət qiymətləndirilib. Bu il ən yaxşı xəstəxanalar, səhiyyə üzrə I-ci yerdə Sinqapur, sonuncu yerdə isə Sudan qərarlaşıb.

Azərbaycan bu siyahıda 66-cı yerdədir.(medicina.az)





Tarix: 29-11-2019, 23:43
Xəbəri paylaş





Xəbər lenti