İmişlidən deputatlığa namizəd Razi Nurullayev:"500 nəfərin ah-naləsi qarşısında dayanmaq çətin məsələdir"

İmişlidən deputatlığa namizəd Razi Nurullayev:"500 nəfərin ah-naləsi qarşısında dayanmaq çətin məsələdir"


"İmişlidə şəkər zavodunda 500  işçinin ixtisar edilməsi böyük faciədir. Çünki 500 nəfər ailə çətinliklə üzləşəcək. Şirkət rəhbərliyi zavodun 3 ildir zərərlə işlədiyini deyir. Bu üç ildə hökumətin bu məsələyə biganə qalması, zavodun zərərlə işləməsinə laqeydlik göstərməsi, zavodun istehsal etdiyi məhsulun rəqabətlilik əmsalının zəif olduğunu bilərək, ucuz idxalı məhdudlaşdırmaması başadüşülən deyil".

Cebhe.info xəbər verir ki, bunu İmişlidən deputatlığa namizəd Razi Nurullayev deyib.

O bildirib ki,  bunu tənzimləmək mümkün idi və hələ də gec deyil:"Hökumət təcili bu məsələnin həlli üçün konkret addımlar atmalı və zavodun fəaliyyətini bərpa edərək, işçiləri geri qaytarmaq üçün təcili işlər görməlidir. Zavod rəhbərliyinin verdiyi açıqlama kifayət qədər açıq olsa da, qaranlıq məqamlar da var. Onlar hökumətə müraciət etmişdimi, cavab nə olub və günahkarlar kimdir?

500 nəfər ailənin ah-naləsinin qarşısında dayanmaq çətin məsələdir!"

Tarix: 22-01-2020, 20:49
Xəbəri paylaş





Xəbər lenti