2020-ci ildə DİM tərəfindən keçirilməsi nəzərdə tutulan rezidenturaya qəbul, buraxılış və ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanlarının tarixləri müəyyən olunub.
DİM-dən APA-ya verilən xəbərə görə, bir müddət öncə 2020-ci ilin ilk 3 ayı ərzində DİM tərəfindən keçirilməsi nəzərdə tutulan magistratura və doktoranturaya qəbul imtahanları, sınaq imtahanları, 9-cu sinif buraxılış imtahanlarının 1-ci mərhələsi və dövlət qulluğuna qəbul imtahanlarının tarixləri elan olunmuşdu. Artıq 2020-ci ildə keçiriləcək digər imtahanların tarixləri də müəyyən olunub.
Rezidenturaya qəbulun birinci mərhələsi aprelin 19-da, ikinci mərhələsi isə iyulun 17-də keçiriləcək.
Bakı şəhəri və bölgələr üzrə IX siniflər üçün buraxılış imtahanlarının ikinci mərhələsi 7, 14 və 21 iyun tarixlərində keçiriləcək.
Əvvəlki illərin məzunları üçün ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanının ikinci mərhələsi isə 5 iyulda keçiriləcək.
XI siniflər üzrə buraxılış imtahanları 5, 12 və 19 aprel tarixlərində təşkil olunacaq. Əvvəlki illərin məzunları üçün I-IV qruplar üzrə qəbul imtahanının birinci mərhələsi, eləcə də V qrup üzrə ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanı aprelin 26-da keçiriləcək.
Ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 11-də, II və III ixtisas qrupları üzrə isə mayın 17-də keçiriləcək. İkinci imtahan (yay imtahanı) isə I və IV ixtisas qrupları üzrə iyunun 28-də, II və III ixtisas qrupları üzrə iyulun 10-da keçiriləcək.
İmtahanların qrafiki Mərkəzin saytının “təqvim” bölməsinə də əlavə ediləcək. Vətəndaşlara saytın bu bölməsini mütəmadi olaraq izləməyi tövsiyə edirik.
2020-ci ildə keçirilməsi nəzərdə tutulan imtahanların tarixləri
Tədbir | Tarix (2020-ci il) |
Doktorantura və dissertanturaya qəbul olmaq istəyən namizədlər üçün xarici dil imtahanı | |
İMTAHAN | 26 yanvar |
Sınaq imtahanı | 18 yanvar |
Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına tələbə qəbulu | |
QƏBUL İMTAHANI | 23 fevral |
Sınaq imtahanı | 2 fevral |
Rezidenturaya qəbul | |
QƏBUL İMTAHANI – 1-ci mərhələ | 19 aprel |
QƏBUL İMTAHANI – 2-ci mərhələ | 17 iyul |
Azərbaycan dili (dövlət dili kimi) üzrə test imtahanı | |
1-ci imtahan | 3 may |
2-ci imtahan | 31 may |
Ali təhsilin bakalavriat səviyyəsinə tələbə qəbulu | |
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün sınaq imtahanı | 16 fevral |
Əvvəlki illərin məzunları üçün qəbul imtahanı – I-IV ixtisas qrupları üzrə I mərhələ və V qrup üzrə | 26 aprel |
Cari ilin məzunları üçün əlavə xarici dil imtahanı | 26 aprel |
Ali təhsil müəssisəsində orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə təhsil almaq istəyən cari ilin məzunları üçün əlavə Azərbaycan və ya rus dili imtahanı |
26 aprel |
QƏBUL İMTAHANI – I və IV ixtisas qrupları üzrə (yaz imtahanı) | 11 may |
QƏBUL İMTAHANI – II və III ixtisas qrupları üzrə (yaz imtahanı) | 17 may |
QƏBUL İMTAHANI – I və IV ixtisas qrupları üzrə (yay imtahanı) | 28 iyun |
QƏBUL İMTAHANI – II və III ixtisas qrupları üzrə (yay imtahanı) | 10 iyul |
Hərbi liseylərə və Hərbi Tibb Məktəbinə tələbə qəbulu | |
Hərbi liseylərə və Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul imtahanı | 19 iyul |
Orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında tələbə qəbulu | |
QƏBUL İMTAHANI I mərhələ (əvvəlki illərin məzunları) | 29 mart |
Cari ilin məzunları üçün əlavə xarici dil imtahanı (I mərhələ) | 29 mart |
Orta ixtisas təhsili müəssisəsində orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə təhsil almaq istəyən cari ilin məzunları üçün əlavə Azərbaycan və ya rus dili imtahanı (I mərhələ) |
29 mart |
QƏBUL İMTAHANI II mərhələ (əvvəlki illərin məzunları) | 5 iyul |
Cari ilin məzunları üçün əlavə xarici dil imtahanı (II mərhələ) | 5 iyul |
Orta ixtisas təhsili müəssisəsində orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə təhsil almaq istəyən cari ilin məzunları üçün əlavə Azərbaycan və ya rus dili imtahanı (II mərhələ) |
5 iyul |
Orta ixtisas təhsili müəssisələrinə tam (11 illik) orta təhsil bazasında tələbə qəbulu | |
QƏBUL İMTAHANI (əvvəlki illərin məzunları üçün) | 26 aprel |
Cari ilin məzunları üçün əlavə xarici dil imtahanı | 26 aprel |
Orta ixtisas təhsili müəssisəsində orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə təhsil almaq istəyən cari ilin məzunları üçün əlavə Azərbaycan və ya rus dili imtahanı |
26 aprel |
Buraxılış imtahanları | |
İlk peşə-ixtisas təhsili müəssisələri | 16 fevral |
İlk peşə-ixtisas təhsili müəssisələrinin tədrisi Azərbaycan dilindən fərqli olan bölmələrinin şagirdləri üçün Azərbaycan dili imtahanı |
17 fevral |
Ümumi (9 illik) orta təhsil bazasında, I mərhələ, 1-ci istiqamət | 1 mart |
Ümumi (9 illik) orta təhsil bazasında, I mərhələ, 2-ci istiqamət | 9 mart |
Ümumi (9 illik) orta təhsil bazasında, I mərhələ, 3-cü istiqamət | 15 mart |
Ümumi (9 illik) orta təhsil bazasında, I mərhələ (eksternat qaydasında imtahan verənlər üçün) | 29 mart |
Ümumi (9 illik) orta təhsil bazasında tədrisi Azərbaycan dilindən fərqli olan bölmələrin şagirdləri üçün Azərbaycan dili imtahanı |
3 may |
Ümumi (9 illik) orta təhsil bazasında II mərhələ, 1-ci istiqamət | 7 iyun |
Ümumi (9 illik) orta təhsil bazasında II mərhələ, 2-ci istiqamət | 14 iyun |
Ümumi (9 illik) orta təhsil bazasında II mərhələ, 3-cü istiqamət | 21 iyun |
Ümumi (9 illik) orta bazasında II mərhələ (eksternat qaydasında imtahan verənlər üçün) | 5 iyul |
Tam (11 illik) orta təhsil bazasında, 1-ci istiqamət | 5 aprel |
Tam (11 illik) orta təhsil bazasında, 2-ci istiqamət | 12 aprel |
Tam (11 illik orta) təhsil bazasında, 3-cü istiqamət | 19 aprel |
Tam (11 illik) orta təhsil bazasında (eksternat qaydasında imtahan verənlər üçün) |
26 aprel |
Tam (11 illik) orta təhsil bazasında tədrisi Azərbaycan dilindən fərqli olan bölmələrin şagirdləri üçün Azərbaycan dili imtahanı | 3 may |
Buraxılış,II mərhələ (eksternat qaydasında imtahan verənlər üçün) | 6 sentyabr |
Dövlət qulluğuna qəbul | |
Elektron və ya kağız daşıyıcılar vasitəsilə keçirilən imtahanlar | 26 yanvar, 16 fevral, 15 mart, 12 aprel, 3 may, 21 iyun, 19 iyul, 16 avqust, 27 sentyabr, 25 oktyabr, 22 noyabr, 20 dekabr |
Elektron sınaq imtahanları | 17, 22, 29 yanvar |
Vəkillər Kollegiyasına üzv olmaq üçün elektron imtahan |
31 yanvar |