Qalmaqallı Ağciyər İnstitutu məhkəməyə VERİLDİ - TƏBİB bir aydır ki SUSUR - FOTOFAKT



Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda maliyyə fırıldağı və İnstitutun Kliniki Diaqnostika Laboratoriyasının şöbə müdiri ilə işçiləri arasında yaşanan qalmaqalla bağlı yazı bir ay əvvəl dərc etmişdik. 

Yazıda Labaratoriya həkimi Aynur Əsədlinin saytımıza açıqladığı Kliniki Diaqnostika Laboratoriyasının şöbə müdiri Nuriyyə Səlimovadan şikayəti, işçilər arasında ayrıseçkilik və fəaliyyətində yol verdiyi özbaşınalıqlarla bağlı iddialarını qeyd etmişdik.

Həmçinin Nuriyyə Səlimovanın institutda koronavirus xəstələri ilə çalışmayan həkimlərə qeyri-qanuni əməkhaqqı yazaraq hesabat şəklində rəhbərliyə təqdim etməsi, rəhbərliyin isə bu şöbə müdirinin bu əməllərinə göz yumması və ölçü götürməməsi də iddia edilmişdi. 

Xatırladaq ki, adı son vaxtar qalmaqallarda çəkilən və ən çox tənqid edilən Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda 4 ildən çoxdur ki, şöbə müdiri ilə işçilər arasında insident yaşanır.

Bu insidentlə bağlı tədbir görülməsi üçün Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə də rəsmi müraciət də olunmuşdu. Amma nə TƏBİB, nə institut rəhbəri xəstəxanada yaşananları indiyədək yoluna qoya bilib. 

İnstitut rəhbəri Həqiqət Qədirova bu illər ərzində şöbə müdirinə sadəcə iki dəfə xəbərdarlıq cəzası verməklə kifayətlənib.

Onu da bildirək ki, növbəti qalmalı TƏBİB yenidən nəzarətə götürərək araşdırmalara başlamışdı. Aradan bir ay vaxt keçsə də, TƏBİB bu barədə heç bir açıqlama vermir.

Bizim.Media isə sözügedən insidentlə bağlı e-məhkəmə elektron sisteminə istinad edərək əlavə məlumatlar əldə edib. Məlum olub ki, labaratoriya həkimi Aynur Əsədli əmək mübahisəsi səbəbindən Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunu məhkəməyə verib. Hazırda Nizami Rayon Məhkəməsində hakim Qumru Əliyeva tərəfindən işə baxılır. 
TƏBİB isə hələ də susur. 
 


Tarix: 18-06-2021, 23:23
Xəbəri paylaş





Xəbər lenti