“Kontakt” yenə ifşa oldu: 409 manatlıq mal 175-ə imiş...
ez-tez müştərilərlə problemi yaranan "Kontakt Hom”dan yenə narazılıq var. Belə ki, şirkət bir müddət əvvəl yeni bir kampaniya başladıb. "Ən sərfəli qiymətlə 120% zəmanət” kampaniyası çərçivəsində istənilən məhsulu digər rəsmi şəbəkələrdə daha ucuz tapana fərqin 120% dəyərində endirim təqdim ediləcəyi bildirib.Axar.az xəbər verir ki, bundan həvəslənən Azər Baycan adlı şəxs araşdırıb və "Kontakt Hom”da 409 manata olan malı "İnteks”dən 175 manata əldə edib. Hər iki şirkətin rəsmi saytında yerləşdirilən malın qiymətini uzlaşdırıb və sosial şəbəkədə paylaşıb.
Bundan sonra "Kontakt Hom”a da müraciət edib. Buna baxmayaraq, şirkət ona fərqli münasibət bidlirib.
"İstənilən məhsulu digər rəsmi şəbəkələrdə daha ucuz tapsanız, məhsul sizə mağazamızda fərqin 120% dəyərində endirimlə təqdim ediləcək. Rəsmi şəbəkə dedikdə ən azı 4 mağazası olub rəsmi məhsul satışı ilə məşğul olan mağazalar şəbəkəsi nəzərdə tutulur. Paylaşımda sözügedən "İnteks” (INTEX) mağazası bura aid olmadığından təəssüf ki, kampaniyadan yararlanmaq mümkün deyil”, - deyə "Kontakt Hom” müştəriyə bildirib.
A.Baycan isə bunu müştərinin cibinə girmək, fırıldaq kimi dəyərləndirib.
Tarix: 24-06-2021, 22:39