Tövlə, yoxsa tibb məntəqəsi? - BURA BƏRDƏDİR



İndi eşidəcəklərinə inanmayacaqsınız, amma həqiqətən də Bərdə rayonunda üç kəndə xidmət edən tibb məntəqəsi tövlədə yerləşir. Rəsmi qurumlar tibb məntəqəsinin fəaliyyət göstərmədiyini desələr də yerli sakinlər bunun əksini söyləyir.  Məsələni əməkdaşımız Şamxal Cəliloğlu  araşdırıb.
 
Adi tibb məntəqsi, amma olduğu yer tövlə.
 
Burda heyvanların saxlanılması üçün tövlədir. Tövlənin bir tərəfində isə insanları guya sağlamlığa qovuşdurmaq  üçün olan tibb məntəqəsi.
 
Görüntülər Bərdə rayonundandır. Rayonun Hacıbəyli kəndində yerləşən tibb məntəqəsi fermada yerləşir. Fermanın bir hissəsində qoyunlar saxlanılır, bir hissəsində isə tibbi xidmət göstərilir.
 
Rayonun Hacıbəyli, Kafarlı və Həsənli kəndlərində 2 minə yaxın insana xidmət göstərən tibb məntəqəsi  uçub dağılmaq üzrədir. Kənd sakinləri deyir ki, bu məntəqədə onlara normal tibbi xidmət göstərilmir. Məntəqədə həkim olmasa da amma tibb bacıları fəaliyyət göstərir.
 
Kənd sakinləri tibbi xidmət almaq üçün şəhər mərkəzinə getməli olurlar. Bu da onlar üçün yol xərci və vaxt itkisi deməkdir. Kənd sakinləri deyirlər ki, bu tikilidə normal tibbi xidmət göstərmək mümkün deyil. Bu səbəbdən də sakinlər 3 kənddə xidmət edən məntəqəyə yeni binanın tikilməsi tələb edirlər.
 
Məsələylə bağlı Bərdə rayon mərkəzi xəstəxanasının direktoru Vüsal Məmmədov bildirib ki, məntəqə binası fermada yerləşdiyi üçün  bir neçə gün əvvəl fəaliyyəti dayandırılıb. Sözü gedən kəndlərdə tibb xidmət üçün tibb bacısı səyyar xidmət göstərir. Uyğun bina üçün rayon icra hakimiyyətinə müraciət edilib.
 

Tarix: 26-02-2022, 08:23
Xəbəri paylaş





Xəbər lenti