Zaur Mikayılov BU İŞİ BACARMIR... - Camaat DAD DEYİR...


Saatlının Şirinbəyli kəndinin sakinləri əkin sahələrini suvarmağa su tapmırlar. DİA.AZ bildirir ki, Şirinbəylinin 5000 nəfərə yaxın sakini olmasına baxmayaraq kəndin içməli suyu yoxdur.

Sakinlər deyirlər ki, 2-3 ildir kəndimiz su görmür. Kəndlilər ilin 4-5 ayı su üzünə həsrət qalır. Əkin sahələri susuzluqdan yanır, içməli suyu isə pulla alırlar.

Şirinbəylinin bir hissəsinə hərdənbir su verilsə də, Qarabağlılar məhəlləsinə ümumiyyətlə verilmir.

Saatlı Suvarma Sistemləri İdarəsindən bildirilib ki, Şirinbəyliyə gələn 26-lar suvarma kanalı bir neçə kəndin ərazisindən keçir deyə su yoxdur. Rəsmi qurum suyun azlığını təbii amilə bağlayıb.

P.S. Görünəni odur ki, Əhməd Əhmədzadədən sonra Zaur Mikayılov da suvarma işini qazanc yerinə çevirdi... XALQA XİDMƏT YERİNƏ YOX...

Daha ətraflı aşağıdakı videoda:



Məsələ ilə bağlı Siam.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Tarix: 30-11-2022, 22:43
Xəbəri paylaş





Xəbər lenti