“Mehri” Mənzil-Tikinti Kooperativi (MTK) Bakı Şəhər İcra Hakimiyyətini Məhkəməyə Verib.


SİAM.AZ Qaynarinfoya istinadən xəbər verir ki, “Bakı Metropoliteni” QSC də prosesə maraqlı şəxs qismində qoşulub. Məhkəmə çəkişməsinin səbəbi torpaq münasibətləri üzrə mübahisələrdir. Birinci instansiya məhkəməsi MTK-nın iddiasını təmin etmədiyinə görə, şirkət apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Xəyalə Cəmilovanın sədrliyi ilə baxılacaq.

“Mehri” MTK 7 sentyabr 1994-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 AZN olan şirkətin qanuni təmsilçisi Hüseynov Tural Şakir oğludur.

Araşdırmalarımız zamanı bəlli olub ki, “Mehri” MTK Yasamal rayonu, Murtuza Muxtarov küçəsi ilə İbrahim Əbilov küçəsinin kəsişdiyi hissədə yaşayış binası tikmək istəyib. Lakin “Bakı Metropoliteni” QSC tikinti dayandırıb. Səbəb kimi ərazinin QSC-yə aid olduğu və strateji əhəmiyyət daşıdığı bildirilib.

MTK tikiləcək binada 1.5 milyon dəyərində mənzil satışı da həyata keçirib.

Tikinti dayandırılıqdan sonra şirkət Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib. Çünki ərazi MTK-ya bu qurum tərəfindən verilib.

İcra Hakimiyyətinin strateji ərazini bina tikintisi üçün “Mehri” MTK-ya ayırması bu məsələdə qaranlıq məqamların olduğundan xəbər verir.
Tarix: 14-02-2023, 21:56
Xəbəri paylaş





Xəbər lenti