`Azneft` rəhbərliyinin nəzərinə: SABAH GEC OLACAQ... - İşçilərin MÜRACİƏTİ!
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı yenidən "Azneft İstehsalat Birliyinin rəhbərliyinə fəhlə müraciətini çatdırıb. DİA.AZ bildirir ki, bu dəfə təcili surətdə işçilərin sözünü yetirən hüquq-müdafiəçisi yazır:
"Azneft İB sahə üzrə məsul şəxslər! Neft Daşları 1, 4 və 5-ci mədən neftçiləri deyir ki:
Sabah günortadan sonra havanın yaxşı olacağı gözlənildiyi halda bizim iş növbəmizi dəyişmək istəmirlər.
Sabah növbə dəyişilməsə, 5 gün itirəcəyik.
"Qara Qarayev" gəmisi həmişə gün ərzində 3 reys edib. İstəsələr, sabah günortadan sonra növbəni dəyişə bilərlər".
DİA.AZ bildirir ki, bir günlük qüvvəsi olan bu ismarıcı çatdıran M.Qəhrəmanlı daha sonra qeyd edir: "Sonda neftçilər qeyd etdilər ki, insafınız olsun "müəllimlər"..."
Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...