Deputat: “Gürcüstanla quru sərhədləri açılmalıdır”
“Gürcüstanla quru sərhədləri açılmalıdır”.Siam.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən iclasında deyib.
“Naxçıvanla Türkiyə arasında quru sərhədlər açılıb. İndi də Gürcüstanla quru sərhədlər açılmalıdır ki, tələbələr rahat şəkildə ölkəyə qayıda bilsinlər. Əgər biz qorxuruqsa ki, onlar ölkəyə xəstəlik gətirərlər, bu elə deyil. Nəzərə çatdırım ki, həmin şəxslər təyyarə ilə də gəlirlər. Xəstəliklə bağlı hər hansı narahatçılığıq varsa, sərhəddə xüsusi tibbi məntəqəsi yaradıla bilər, kimsə xəstədirsə, müalicə olunar. Ölkə konstitusiyasına görə heç bir halda Azərbaycan vətəndaşının ölkəyə qayıtmasına maneə yaratmaq olmaz. Konstitusiyada bu açıq şəkildə qeyd olunub. Türkiyədə qalan tələbələr də burada oturan deputatlarla eyni vətəndaş hüquqlarına malikdirlər”, deyə Qüdrət Həsənquliyev bildirib.
Tarix: 17-02-2023, 22:25