“EVİM QƏZALI VƏZİYYƏTDƏDİR, HEÇ BİR QURUM MARAQLANMIR” – Səbail sakini rəsmi qurumlardan şikayətçidir / Video
Səbail rayonu, Bayıl qəsəbəsi, Litvin Babayev küçəsi, ev 59 sakini Budaqov Emin Firidun oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi evinin qəzalı vəziyyətdə olduğunu bildirir. Dediyinə görə, bütün qurumlara müraciət etsə də, heç bir qurum evinin təmiri ilə maraqlanmır:“Mən, Budaqov Emin Firidun oğlu, 1983-ci ildə Ermənistan rayonunda anadan olmuşam, hal-hazırda Səbail rayonu, Bayıl qəsəbəsi, Litvin Babayev küçəsi, ev 59 ünvanında yaşayıram. Deməli, bu evi 1988-ci ildə Ermənistandakı evimizin yerinə veriblər, indi isə ev yaşanası halda deyil. Ailəm qorxu içində yaşayır, 3 övladım var, hamımız balaca bir otağa sığınmışıq. Həyatımız təhlükə içindədir, bizə kömək edin”.
Şikayətlə bağlı Səbail rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.
Şikayətçinin redaksiyamıza göndərdiyi video müraciəti olduğu kimi oxuculara təqdim edirik:
Tarix: 22-02-2023, 15:45