Azərbaycanın Vergi Xidməti MÖCÜZƏLƏR YARADIR... - BU DA FAKT!!!
O dünyada həyatın olub-olmaması, yəni ölümdən sonrakı həyatla bağlı müəmmalar hər zaman mövcud olub və olacaq da. Amma deyəsən, Azərbaycan dövlətinin Vergi Xidməti bu müəmmalara SON VERMƏK qərarına gəlib. Hər halda, ortadakı faktdan anlaşılanı budur.
DİA.AZ bildirir ki, Azərbaycanda dünyasını dəyişmiş vətəndaşlara borc xəbərdarlığı göndərən Dövlət Vergi Xidməti bu addımı ilə yəqin ki, dünya alimlərinin də diqqətini cəlb edəcək. Hadisənin gülməli tərəfi bir yana... amma ciddidən bu baş verib və Azərbaycanda mərhumlarla bağlı hüquqi işləmlərin həyata keçirilməsi sarıdan ilk belə hadisə hesab olunmur da. Məsələn buna qədər bizlər Azərbaycanda mərhumların seçkilərə çağrılması, seçkilərdə hətta namizəd kimi iştirak etmələrini də müşahidə etmişik. Bu dəfə isə mərhumlar "o dünyadakı fəaliyyətlərinə" görə, Azərbaycan dövləti qarşısında mükəlləf elan olunurlar...
2018-ci ildə vəfat edən Tovuz rayon sakini Həsənova Svet İslam qızına 187 manat məcburi dövlər sosial sığorta borcu, 40 manat isə icbari tibbi sığorta borcu gəlib. Mesajın gəldiyi nömrə mərhumun adınadır.
Deməli, doğrudan da o dünyada yaşam var, insanlar tibbi xidmətlərdən də istifadə edə bilir, amma borclar bu dünyaya göndərilir...
Məsələ ilə bağlı qarşı tərəfin nə deyəcəyi artıq maraqlı deyil. Maraqlı olanı Dünya Elm Aləminin Azərbaycan Vergi Xidmətinin tapıntısına verəcəyi reaksiyadır...