Siam.az-ın Lent.az-a istinadən məlumatına görə, yoxlama zamanı QSC-nin Bakı şəhəri Sabunçu rayonundakı filiallarından birində yanğın təhlükəsizliyi qaydalarının pozulması müəyyən edilib. Buna görə də, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə) maddəsilə protokol tərtib edilib.
Protokol baxılması üçün Sabunçu rayon Məhkəməsinə göndərilib.
Qeyd edək ki, maddə əsasında fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.