Giyaslı MTK-nın Saxtakarlığına, Harınlığına SON QOYUN


Xatirə Quliyeva
fəlsəfə elmləri doktoru


Cənab Prezident! Hər şeyin düzünü Siz bilirsiz! Dünyanı heyrətləndirən Azərbaycanın müasir dinamik inkişafı kimi zahiri gözəlliyinin də ideya memarı Sizsiniz! Allah Sizi də, Ölkəmizi də qorusun!

Mən Türkiyə Zəlzələsindən yaşantılarımdan, bizlər üçün tikilən Evlərin keyfiyyətinə bələdliyimdən və dünya Zəlzələ ekspertlərinin, sırada da bizimkilərin Bakının Potensial zəlzələ ocaqlarına daxil region olduğu məntiqindən çıxış edirəm. Sözsüzdür ki, Bizim üçün Evlər tikənlər “böyük adamlar” - onların “nümayəndələri ” və ya zəngin adamlardır və onların Ali məsədi Biz –Xalq deyil!

Onlar bizim həyatımızın – varlığımızın realı-gerçəyi. YEGANƏ VARİDATIMIZ -MİRASIMIZ Bu Evləri yalnız biznez sahələri hesab edirlər: Bir xeyli də Zənginləşəcək və Azərbaycandan köçüb gedəcəklər. Hələ heç bilmək olmaz ki, bəlkə onların sırasında dost, həmmillət maskası taxmış əsl düşmənlərimiz də vardır.


Bakıda gözəl göydələn binalar var. Bakı çox gözəldir bu binalarla.





Xahiş edirəm ki, Ölkəmizin paytaxtından kənarlarda, əsas da biri mənim və yaxın ailə üzvlərimin 8-ci km. Qəsəbəsində - dərindən-dərin neft-qaz çıxarılan yataqların üzərində 12, 14 -20 – 30 mərtəbəli Evlər tikilməsin.


Bu yazını yayıma hazırlayarkən media yazılarını izlədim. Az.politika saytında bir neçə həftə əvvəlin çox əhəmiyyətli bir araşdırma yazısını oxudum. BAKIDAKI YAŞAYIŞ BİNALARI ZƏLZƏLƏYƏ NƏ QƏDƏR DAVAMLIDIR? – başlıqlı bu yazı müəllif Elvin Bəyməmmədlinin bu əsaslı fikirləri ilə bitir:
Türkiyədə baş verən bu hadisə müvafiq dövlət qurumlarımız üçün bir xəbərdarlıq olmalıdır. Bu gün metronun Qarayev, Nərimanov, Memar Əcəmi, Neftçilər, Əhmədli, İnşaatçılar, Həzi Aslanov kimi stansiyalarının yaxınlığında və şəhərin Bakıxanov, Yasamal, Xırdalan, Binəqədi, Masazır kimi yaşayış məntəqələrində sayısız-hesabsız yan-ya
na, hətta az qala iç-içə tikilən binalar var. Sual olunur ki, vaxtı ilə bu binaların tikintisinə icazə verən qurumlar və səlahiyyətli şəxslər gələcəkdə bu cür təbi fəlakətlərin nələrə səbəb ola biləcəyini düşünüblərmi? Təbiki, yox. Çünki insan həyatını heçə sayan belə məmurların əsas ideologiyası daha çox pul əldə etmək olub.


Araşdırma yazısında 1964-65-66-cı illərdə monolit evlər üçün istismar müddəti bitmiş – fikri də gözə dəyir. Amma biz bu binaları öz maddi imkanlarımızla yaxşı təmir edib yaşayırıq!..
Dövlətimiz onları biraz, bir Azacıq təmir edərsə onlar bizə 50-60 il yenə xidmət edərlər.

Cənab prezident!
Lap bu günlərdə Giyaslı tikinti Şirkəti bu binalardan birini – Neftçilər metrosunun yaxınlığındakı Qara Qarayev prospektindəki 6 bloklu 76 saylı - əla bir Binanı söküb 1 ilə - yəni tələm-tələsik 5-6 12-14 mərtəbbəli binalar tikib –SATIB ZƏNGİNLƏŞƏCƏK!



Cənab Prezident!

Bizə 2 İLƏ tikiləcəyi yazılmış Müqavilə, 1 illik müavinət verilib. Bizi, 90 sakinin hərəsinə aldada bildikləri kimi bir ayrı məbləğ ödənilib. Heç birimizlə Müqaviləni natarusda da təsdiq etməyiblər.
Mən tamam aldadılmışam. Adıma özəlləşdirilmiş qeyri yaşayış obyekti tam təmirli və iki tərəfə açılan 3 qapılıdır. Müqavilə imzalanarkən əsas əməkdaşları İsmayıl müəllim dedi ki, təmirli verəcəyik. İnandım, Amma mənzili və obyekti boşaldan kimi sözlərini dandılar. Mən ciddi xəstəyəm. Onlarla mübarizəyə gücüm çatmadı. İsmayıl müəllim dedi ki, bizlik deyil, gedin Nigar xanımın yanına. Getdim. 1 soyuq-şaxtalı havada kitablarımı da yığıb tanışlıq üçün apardım Mərkəzi ofislərinə. Orada baş mühasib işləyən Nigar xanım (mənim simvolik "bakılım") məni Fərhad müəllim adlı əsas olduğunu dediyi şəxslə görüşdürdü. Düzü onun haqqında təsəvvürüm yaxşı deyil. Bu haqda davamda ayrıca yazacağam. Qısası Fərhad müəllim niyə gəldiyimi bilirdi, yəqin ancaq hətta mən istəyimi bildirsəm də - hələlik Cavab vermədi- deyirəm...
Həmin vaxt mən xaricə getdim. Amma dönəndən sonra, lap bu son günlərdə Nigar adlı tikinti üzrə ən əsas sahibkar olduğu bildirilən baş mühasib xanımla yenidən danışdım. Həqiqətən əsəbləşməyim həyatıma son qoya bilər. Bunu nəzərə alıb çox mehriban (yalvar-yaxar etdim -çox nahaq!) danışdım. Ona obyektin iki tərəfə açılan 3 qapısını və təmirli olduğunu dönə-dönə dedim. Mən yazıram, səs mesajı göndərirəm. o isə 1 neçə dəfə zəng etdi. 1 zəngə cavab versəm də növbəti dəfə olan zənglərinə cavab vermədim. İstədim o da yazsın. Nəhayət, o səs mesajı göndərdi və bununla məni növbəti dəfə aldatmış oldu. Bəlkə də o düzünü deyib, İsmayıl müəllim və ya daha başqa birisi haram qazanmağına davam edir... Axır ki, o, mesajda məsələmin həll olunduğunu, rəhbərliyin İsmayıl müəllimlə danışdığını, İsmayıl müəllimin yanına getməyi məsləhət bilirdi. O, telefonla danışdıqda mənə obyektimin təmir ediləcəyini defələrlə demişdi. Bu 2+2 gerçəkliyidir. İstədim yazsın ona görə telefon danışığını dayandırdım. Nigar xanım isə 1 neçə dəfəyenə zəng etdi. Sonra yazdı ki, gedin İsmayıl müəllimin yanına. Mən ümidlənib İsmayıl müəllimə yazdım. O əvvəl etiraz etmədi. Amma bu gün məsələ həll olunmalı ikən səs mesajı göndərdi ki, "obyekt təmirli verilməyəcək. 100 manat aylıq - 1 illik gəlib apara bilərsiz və bu şərtlərlə istəyirsiz natarusa gedə bilərik".

Cənab prezident -hamımızın prezidenti! xAHİŞ EDİRƏM, Kömək edin! Bu növbəti harın Tikinti şirkətinə mənim əvəzimdn Siz lazımı Qərarla cavab verin!

Mən zibilliyi bankdan kredit götürərək təmir edib yüksək səviyyəli obyekt etmişəm. Necə yəni təmirsiz verəcəyik?! Yox bir heç vermə! O zaman mən də qanuni OBYEKTİMİN sökülməsinə icazə vermirəm. Onlar 90 vətəndaşı Öz istədiklərini yazdıqları Müqavilə ilə aldadıblar. Natarusda təsdiq etmədikləri üçün əllərinfə olan "daxili" müqavilənin heç bir əsası yoxdur. MƏHKƏMƏYƏ verəcəyimi DEDİM ONA. Tam arxayınlıqla - MƏHKƏMƏNİ SATIN ALMIŞ KİMİ, Sz bilərsiz, - dedi.


...Budur vətəndaşların yeganə varı - mülkiyyət hüququnun 5 mərtəbə yerində 5-6 12-14 mərtəbli binalar tikib zənginləşən Tikinti şirkəti sahibkarları tərəfindən kobud surətdə pozulması! Bundan başqa bizi kirayə pulunda da Şirkət aldatmışdı. Qonşulardan eşitdik ki. onlara 600 manatdan veriblər. Bizə isə 500 manatdan. Bacıma əskik hissəni ödədilər. Mənə də təklif etdilər. Mən onu istəmədim. Əvvəldən tələb etdiyim - yəni təmirinə canımı qoyduğum obyekt üçün istədiyim HALALLIQ HAQQI ƏVƏZİ cüzi miqdarı - 200 manatı istədim. VERMƏDİLƏR və bu məsələ həll olunmasa xəbərdar edirəm ki, faciə baş verəcək!
Gün-gündən mənə aydın olur ki, Giyaslı MTK Saxtakarlığa çox peşəkar şirkətdi. Nigar xanım dedi ki, 27 ildir işləyirlər. Biz paytaxt sakinləri də elə o qədərdir müxtəlif MTK-ların qanunsuzluqları haqqında eşid. Tez-tez MTK-lar adlarını, ünvanlarını dəyişməklə işin altından çıxırlar. Biz evi boşaldana kimi başqa adam idilər, indi NATARUS TƏLƏB EDƏNDƏ, TƏMİRLİ OBYEKTİN MÜQAVİLƏYƏ bu məzmunda salınmasını tələb edəndə başqa adam olublar.
Mən 27 ildir həmin ərazidə yaşayıram. Həmin bina ən yaxşı, möhkəm binadır. Ərazi neft-qaz yataqları ərazisidir. Burda 12-14 mərtəbəli binalar tikmək çox təhlükəlidir. Giyaslı MTK 5 mərtəbəli 6 bloklu binanın yerində azı 6. 7 12-14 mərtəbəli bina tikir. Bir-birinin dibində. 1 pəncərəli..Halbu ki, bizim evlər genş, iki tərəfə pəncərəsi olan və işıqlı, havalı idi.
Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun bu məsələdən xəbəri varmı?! Bu yaxınlarda mediadan oxudum ki, Milli məclisdə 9 mərtəbədən yüksək binaların tikintisinin qadağan olması məsələsi qaldırılıb. Çoz doğru qərardır. Bəs görəsən Kəmaləddin Heydərovun nazirliyinin bu işlər üzrə səlahiyyətli nümayəndələri bunu bilirlər?! Bəs nə edirlər?! Heç nə ! Özləri villalarda, kasıb xalq 50 il yaşadığı və dəfələrlə təmir etdiiyi 5 mərtəbəli evlərini qurban verməlidirlər Fərhad müəllimlərə və hələ onların arxasında, başının üstündə dayanan sortbasort məmurlara.
Sual verirəm Kəmləddin Heydərov cənablarına, 5 mərtəbəli söküb əvəzinə niyə 5-6 12-14 mərtəbəli tikirlər?! Dövlətin binasını niyə icazə verirsiz sahibkarlar öz gəlirləri üçün istismar etsinlər?! Kəmaləddin Heydərov! Siz mənim düşmənim deyilsiz! Ancaq bu cür vətəndaşlara zidd işlərə RAZILIQ VERDİYİNİZ ÜÇÜN mən Sizi düşmən hesab edirəm. Sizin işiniz- Sizin dövlətə xidmətiniz ayrı sahədədir, mənim ayrı. Amma mənim şəxsiyyətim də, fəaliyyətim də şəffavdır. Bu cəhətimlə Sizi hətta mən kral görürəm, özümü qul. Amma qulların da haqqı var. Qul haqqı yeyənlərin də cəzası var...
Cənab Prezident!
Sizdən xahiş edirəm. Xüsusi nəzarət olsun. Komissiya yaradılsın. Bizim binanı sökməyə qoymayın.
Ya dövlətin gücü çatmır, Giyaslı MTK tikir, tikintinin birinci günündən sonuncu gününüdək sakinlərin də iştirakı ilə hər şey qaydasında həll edilsin. Sakinlərlə bağlanmış saxta Müqavilələr ciddi əsaslandırılsın. Mən HAQQIMI İSTƏYİRƏM VERSİNLƏR. İCAZƏ VERMİRƏM SÖKÜLMƏSİN! Sökülür, 9 mərtəbədən artıq tikilməsin.
SON!
Cənab Prezident!

HƏQİQƏTƏN MƏNİ CANA DOYDURUBLAR! Səhhətimə, yaradıcılığıma çoz pis təsir edir onların bu yaşda adamı aldatmaları! Sonra "ələ salmaqları". Niigar xanım əsasdır, deyirdi İsmayıl müəllim. Bəs nə oldu?! Əsasdı, deyir həll olundu. Bəs niyə indi İsmayıl müəllim deyir, yox, həll olunmayıb!.Olunmayacaq... Mən haqqım verilməzsə, mənimlə bağlanmış Müqavilə natarusda istədiyim şərtlərlə təsdiqlənməsə xəbərdar edirəm, Giyaslı MTK-nın saxtakarlığına, harınlığına görə həyatıma SON QOYACAĞAM.
Ona görə ədaləti bərpa etməyi xahiş edirəm.
Mən Giyaslı MTK-dan nə istəyirəm? -Təmirli obyektimin təmirli verilməsini, hətta bu gün əlavə edirəm:2 tərəfə 3 qapılı obyektimin 3 qapılı verilməsini, dövrü məzənnəyə uyğun kirayə pullarının artırılmasını. 1 də canımı qoyub icazələr almaqla, mübarizə aparıb zibilliyi normal ev halına gətirdiyim qanuni obyektimin 3-cü hissəsi üçün əlavə 200 manat tələb edirəm. Vəssalam. Nəyi isə bəlkə artıqlaması ilə istəyirəm?! Dedilər obyekt əvəzinə 3-cü mərtəbədə ev verəcəyik. BİNADA OBYEKTLƏRİN mərtəbəsində verin!!! İstəmirəm 3-cü mərtəbədə evinizi! Hazırda OBYEKTİM görünür. Hansı səviyyədə görünür o səviyyədə verin"! Özləri dedilər ki, OBYEKTLƏRİ BÖYÜK MARKETLƏRƏ və s. vercəklər. 3-cü mərtəbədə veririk. Təmir edəcəyik. Tikilsin, istəsəz, satarıq da Sizin üçün. Dedim, yox, obyekt tənha qadınlarıq - çörək pulu yerimizdir... Müqaviləni oxumadan qol çəkdim. Çünki kişi xeylaqlarının yaşlı, xəstə qadını aldadacaqlarını qəti gözləmirdim. Unutduqları bir şey var- Halallıq. İllərlə banka ödədiyim təmir pullarını rüşvətlə qərar çıxaran məhkəmə hakimləri Sizə tərəf ola bilərlər... Göydən baxan Allah var, o qoymaz, qul haqqını udub, üstündən su əvzinə araq içib keflənəsiz!..
Ən düzgünü ədalətli olun! Sakinləri, o sırada bizi razı salın. 90 vətəndaşın Müqaviləsini yenidən və vicdanla hazırlayın. Dövrü məzənnəni qeyd edin(niyə yazmamısız)! Bu həyatımızın qaçılmazıdır! Nataruslar, ASAN xidmət var ölkədə - yeganə mülkiyyətimizin Sənədlərini Hüquqi qanuni qaydada təsdiqlədin.
Son qoyun saxtakarlığa, son qoyun harınlığa!..
Tarix: 9-03-2023, 18:07
Xəbəri paylaş





Xəbər lenti