Gilavar Foto Klubu «Ailədə qadın və kişi bərabərliyi» haqqında film çəkəcək


«Gilavar Foto Klubu» ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət 
Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin «Məişət zorakılığı» ilə bağlı elan etdiyi qrant 
müsabiqəsinin qalibi olub. 

Birliyin təqdim etdiyi «Ailədə qadın və kişi bərabərliyi» layihəsi çərçivəsində bu 
mövzuya həsr olunan qısametrajlı bədii filmin çəkilişi nəzərdə tutulur. Layihənin 
rəhbəri Rəşad Mehdiyevin sözlərinə görə, ekran işinin hədəf qrupu həm gənc, həm də  
uzun müddət qurulan ailələridir.
«Buraya tez-tez söz-söhbətlərlə qarşılaşan, gender bərabərliyinin pozulduğu, 
mütəmadi olaraq qadın zorakılığı hallarının baş verdiyi, habelə, valideynləri tərəfindən 
istər fiziki, istərsə də psixoloji təsirə məruz qalan uşaqların yaşadığı ailələri misal 
göstərmək olar» - deyə, layihə rəhbəri əlavə edib.
Filmin ssenarisinin artıq hazır olduğunu, aktyor seçimlərinin tamamlandığını qeyd 
edən Rəşad Mehdiyev bildirib ki, filmin çəkilişlərinə yaxın günlərdə start veriləcək.
Ekran işində hazırki dövrün ən aktual mövzularından biri olan ailə-məişət 
problemləri bir ailənin timsalında diqqətə çatdırılacaq. Film ərsəyə gəldikdən sonra bir 
çox ailələrdə qadın və kişi hüquqlarının bərabərləşməsi istiqamətində müəyyən 
addımlar atılmasına, ailədə kişinin qadına, qadının kişiyə, valideynlərin övladlarına, 
övladların isə valideynlərinə olan hörmətinin, sevgisinin daha da artamasına, ailədə 
qadına, övladlara qarşı zorakılıq hallarının azalmasına müsbət təsirinin olacağı 
gözlənilir. Film ailə möhkəmliyini təmin edən dəyərlərin yayılmasına böyük töhfə 
verəcək.
Qeyd edək ki, filmin çəkilişləri öz sahəsində uğur qazanmış peşəkar komandaya 
həvalə olunub. Çəkilişlər və montaj işləri yekunlaşdıqdan sonra filmin təqdimat 
mərasimi keçiriləcək. Eyni zamanda, çəkiliş prossesi zamanı lentə alınan fotolardan 
ibarət sərginin təşkil edilməsi də nəzərdə tutulur.
Siam.az
Tarix: 13-03-2023, 21:47
Xəbəri paylaş





Xəbər lenti