Neftçilərin maaş məsələsi DÜYÜNƏ DÜŞÜB - "Neftçilər hələ də gözləyirlər..."



Neftçilərin maaş məsələsi DÜYÜNƏ DÜŞÜB

Neçə müddətdir ki, tanınmış insan hüquqları müdafiəçisi, “Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı” (NHMT) İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı bu gün ən ağır şərtlər altında çalışan neftçilərin hüquqları ilə bağlı növbəti çağırışda bulunmaqdadır. DİA.AZ bildirir ki, burada söhbət bunca bahalaşmanın fonunda neftçilərin maaşlarında hər hansı artımın edilməməsidir...

Məhz bununla bağlı aidiyyatı qurumlar qarşısında artıq bir aydan çoxdur ki, məsələ qaldıran Mirvari Qəhrəmanlı əslində sosial sifarişi ifadə etməkdədir. Keçən günlərdə də maaş artımı tələb edən neftçilərin müraciətlərini dia.az olaraq diqqətinizə çatdırmışdıq.

Neftçilərin maaş məsələsi DÜYÜNƏ DÜŞÜB

Bu dəfə də NHMT sədri öz müraciətində eyni problemə toxunub və aidiyyatı qurumlara suallar ünvanlayıb. DİA.AZ M.Qəhrəmanlının müraciətini təqdim edir:

"Niyə cənab Rövşən Nəcəf, neftçilər hələ də gözləyirlər, ümidlərini üzməyiblər ki, bəlkə rəhmə gəldiniz?

Siz və yüksək əmək haqqı və əlavələr alan komandanız bilirmi ki, qurudakı NQÇİ-də işləyən neftçinin aylıq tarif maaşı 400-500 manatdır?"

Məsələ ilə bağlı Siam.az olaraq bütün maraqlı tərəfləri dinlənməyə hazırıq...
Tarix: 14-03-2023, 10:18
Xəbəri paylaş





Xəbər lenti