Geofizika və geologiya idarəsində TƏFTİŞ ZƏRURƏTİ - KİMLƏR NARAHATDIR?
Geofizika və Geologiya İdarəsində cərəyan edən neqativ olaylara "yuxarıların" diqqət etməsi bir yana, müdaxiləsi zərurətə çevrilib. DİA.AZ bildirir ki, bu barədə açıqlanan faktlar belə deməyə əsas yaradır. Elə məsələni diqqətdə saxlayan tanınmış insan hüquqları müdafiəçisi, “Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı” (NHMT) İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı da eyni fikirdədir və təqdim etdiyi faktların yoxlanılmasını da tələb edir.
M.Qəhrəmanlı yazır: "SOCAR Geofizika və geologiya idarəsindən korrupsiya gümanlı məlumatlar daxil olmaqda davam edir. Araşdırılmasına ehtiyac duyulur. Bəlkə yazılanlar doğrudur?..
***
Daxil olan məlumatda bildirilir ki: -Geofizika və geologiya idarəsinin kəşfiyyat geofizika bölümünə A -yunit və kabellər alınıb ilin əvvəlində alınan kabellər işlənmişdir təəcüblü məsələdir ki oğurlanan kabellərdə işlənmiş idi.1000 ədəd alınıb itən kabellərin üzərindəki kodlar sənədlərdə olmalıdı yeniləri ilə tutmuşdurub yoxlamaq olar. Yeri gəlmişkən deyim Mirvari xanım bu məlumatlar sizə yazıldiqca cox admları sıxılar artıq bu gün də Bölümlərdə bir necə nəfəri caqırıb sorğu sual edirlər ehtiyac duyularsa podratçıların nömrələrin təqdim edə bilərik. - GGİ lə bağlı yazılanlardan sonra bölüm rəisləri Azad Rzayev və Dadaş Həsənov yazıyla bağlı kimnən şübhələnirlər onları otaqa cağıtdirib söhbətlər edirlər Məlumat üçün bildirim ki Elcin Şirinovun ƏMTT üzrə müavini Elxan Ələsgərovunda yoldaşı bir müddət əvvəl ixtisara düşmüşdü onuda yenidən KGİB bölümünə işə qəbul etdilər bundan əlavə Ələsgərovun oğlunu da MGİB də işə düzəldildi bir ailədən 3 nəfər idarədə işləyir ancaq evdə tək işləyənlər ixtisara düşdülər".
***
Məsələ ilə bağlı Siam.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...