“Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi mənə zülm edir” - "Yaşamağıma əsasız şəkildə maneə olmağa çalışırlar"
Goranboy rayonu, Buzluq kənd sakini Zeynalov Mətləb Şikar oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, 16 ildir 3-cu qrup əlil olduğu halda, hələ də dərmanlarını almaqda çətinlik çəkir:“Mən, Goranboy rayonu, Buzluq kənd sakini Zeynalov Mətləb Şikar oğlu, yazaraq sizə bildirirəm ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi yaşamam üçün vacib olan dərmanları mənə vermir. 8 aydır dərman ala bilmirəm, çox əziyyət çəkirəm. 16 ildir 3-cü qrup əliləm. Başıma hər cür qanunsuzluq açıblar. Xəstəliyimi təsdiq edən sənədlərimi lazımi orqanlara təqdim etmişəm. Yaşamağıma əsasız şəkildə maneə olmağa çalışırlar.
1995-ci ildə avtomobil qəzası keçirmişəm və nəticədə başımda 4-5 sümük deffekti və epilepsiya xəstəliyi yaranıb.
Bilirəm ki, mənim kimi yüzlərlə xəstə dərman qıtlığından əziyyət çəkir. Odur ki, müvafiq qurumlar bu problemin ciddi yanaşmalı, vətəndaşlara zülm etməməlidirlər”.
Tarix: 16-03-2023, 21:17