Vüsal Kərimlinin özü bu avtobusa minərmi? - GİLEY



Vüsal Kərimlinin özü bu avtobusa minərmi?
Çiçək qəsəbəsi-20 Yanvar metrostansiyası istiqamətində işləyən bu avtobuslar artıq vətəndaşları çilədən çıxarıb. Hər halda BNA rəhbəri Vüsal Kərimlinin şəxsən belə bir avtobusa gündəlik minib iş-gücünün arxasınca gedə biləcəyi imkansızdır. Amma vətəndaşlar bu çiləni çəkir. DİA.AZ bildirir ki, lakin vətəndaşlar eyni zamanda etiraz da edirlər.
Oxucularımızdan biri yazır: "Əvvəla bu marşurut xəttində işləyən sürücülərə öz təşəkkürümüzü bildiririk. Zarafat deyil bu sınıq salxaq avtobusla adam daşıyırlar. Hələ marşurut 30 qəpik olanda dedilər bəs avtobus parkı yenilənsin deyə bu addımı atırıq.

Artıq qiymət daha 10 qəpik artıb, amma heç bir yenilənmə yoxdur.

Bu marşurutla hər gün yaxınlarımız mənzil başına tələsir. Amma bu avtobuslar göründüyü kimi bizi son mənzilə aparır..."

Göründüyü kimi, vətəndaşı da o artımdakı 10 qəpiyin aqibəti maraqlandırır. Yəni keyfiyyət artmasa da, qiymət artmaqdadır...

Məsələ ilə bağlı Siam.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Tarix: 23-03-2023, 17:13
Xəbəri paylaş





Xəbər lenti