"Azəriqaz" villalarda sayğaclara müdaxilə aşkarladı - VİDEO


Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində kənar müdaxiləyə məruz qalan 3 malikanə tipli fərdi yaşayış evinin sayğacları laboratoriyada yoxlanılması üçün Birliyin Metrologiya Departamentinə aparılıb.
“Azəriqaz”dan verilən məlumata görə, abonentlərin razılığı ilə sayğaclara vizual baxış keçirilib və hər 3 sayğacda qanunsuz kənar müdaxilə halı təsdiq olunub.
“Bir daha abonentləri qaz sayğaclarına edilən qanunsuz kənar müdaxilələrdən uzaq durmağa çağırırıq. Bildiririk ki, bu kimi hallara qarşı qanun  çərçivəsində tədbirlər görüləcək” - “Azəriqaz”ın açıqlamasında bildirilir.
Daha ətraflı video materialda:


Tarix: 26-03-2023, 11:13
Xəbəri paylaş





Xəbər lenti