Bakıda ən çox Nəsimi rayonunda kafelər qanunları pozur… - Rövşən və qardaşına məxsus kafe-yeməkxana məktəbin ərazisini zəbt edib…
Bu qardaşlara qarşı niyə tədbir görülmür..? Paytaxt Bakı şəhərində fəaliyyət göstərən kafe-restoranlar, şadlıq evləri son illər ciddi problemə çevrilib. Problem bu ictimai iaşə müəssisələrinin ətraf mühit üçün yaratdığı ekoloji problemlərlə yekunlaşmır. Hətta yaşıllıqların qırılması, müştərilərə keyfiyyətsiz xidmət, vergidən yayınma və s kimi problemlərlə də məsələ bitmir. Bəzən bu kafe və restoranlar qanunsuz olaraq ətrafdakı əraziləri zəbt edir, qanunsuz inşaat işləri aparırlar. Bütün bu problemlər azmış kimi müştərilərə verilən ərzaq və qida məhsulları da keyfiyyətsiz və vaxtı keçmiş olur. İnternet üzərindən xırda bir araşdırma zamanı məlum oldu ki, belə kafe və restoranlar, ictimai iaşə müəssisələri Nəsimi rayonu ərazisində daha çoxdur. Məsələn bir müddət öncə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ( AQTA ) tərəfindən qanunvericiliyin tələblərinə nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər keçirilib. Təsəvvür edirsiniz, nəzarət tədbirləri çərçivəsində ölkə üzrə 300-dən artıq ictimai iaşə obyektində 614 monitorinq keçirilib. Monitorinqlər zamanı 31 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Ən dəhşətlisi odur ki, qanunvericiliyi pozan kafelərin xeyli hissəsi Nəsimi rayonu ərazisindədir. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələrindən biri də Bakı şəhəri, Nəsimi rayonunda Rövşən adlı fiziki şəxsə məxsus kafe-yeməkxanadır. Ən maraqlısı odur ki, digər kafelər barəsində ciddi və ən sərt tədbirlər görülsə də Rövşənə və qardaşına məxsus kafeyə qarşı ciddi tədbir görülməyib. İstər-istəməz ortaya sual çıxır ki, görəsən, Rövşənin və qardaşının arxasında kim durur ki, bu qardaşlara gözün üstə qaşın var deyən yoxdur. Görəsən, bu qardaşların vergidən yayınması, qara mühasibatlığı və digər neqativ hallar İqtisadiyyat Nazirliyi tərəfindən niyə yoxlanılmır..? Bütün bunlar azmış kimi Rövşən və qardaşına məxsus yeməkxana-kafe ətrafdakı əraziləri, hətta məktəbin ərazisini də zəbt edə-edə gedir. Sakinlər deyir ki, bu qardaşların qarşısını alan olmasa, bunlar Nəsimi rayonunu zəbt edəcəklər. Biz yazdıq, ictimailəşdirdik. İndi növbə müvafiq dövlət qurumlarınındır. Xatırladaq ki, Rövşən və qardaşı bir müddət öncə, İrandan Azərbaycana gəliblər. gundelik baki.com