Neftçiləri işdən çıxarmanın yeni üsulu... - NARAZILIQ VAR!
"Deyəsən təklifim tədbiq olunmağa başladı. Amma hələlik "ictimai əsaslarla"..." DİA.AZ bildirir ki, bu barədə tanınmış hüquq-müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının asədri Mirvari Qəhrəmanlı bildirib.M. Qəhrəmanlı daha sonra qeyd edib: "Amma "Azəriqaz" İstehsalat Birliyinin metadologiyasını ilk olaraq rəhbər işçilərinə tədbiq olunmalıdır...
Bizə yazdılar! Müvafiq qurumlar tərəfindən yoxlanılmasına ehtiyac duyulur.
***
Neft Daşlarında qanunsuz narkoloji test edirlər işçiləri, nə narkoloji dispanserin həkimi var nə də ki daxili işlər nazirliyinin nümayəndəsi...
Qanunsuz şəkildə işçiləri test edib işdən çıxarmağa çalışırlar".
***
İddia olunanlarla bağlı
Siam.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Tarix: 1-04-2023, 15:44