Bərdədə qurumların bir-birilərinə ötürdükləri ərazi zibilliyə çevrilib – VİDEO


Bərdənin Türkmən kəndində toplanan tullantılar ərazidə xoşagəlməz mənzərə yaradıb.
Xezerxeber.az-ın məlumatına görə, zibil qutuları olmadığı üçün hər kəs əlinə keçəni yolun kənarına atır.

Sakinlər tullantıların sonuncu dəfə nə zaman yığıldığını xatırlamadıqlarını deyiblər. Onlar iddia ediblər ki, tullantılar vaxtında daşınmır.
Məsələ ilə bağlı Bərdə Kommunal müəssisələr kombinatı birliyindən bildirilib ki, sözügedən ərazi onların xidməti sahəsinə daxil deyil və tullantıların daşınmasına kənd bələdiyyəsi cavabdehdir.
Türkmən kənd bələdiyyəsindən isə bildirilibki, ərazi Bərdə şəhərinin balansındadır.
Daha ətraflı süjetdə:


Tarix: 8-04-2023, 18:45
Xəbəri paylaş





Xəbər lenti