Neftçilərin PULUNU KİM KƏSİR? - Qanunla CƏZASI VAR, amma...
"SOCAR Nəqliyyat idarəsində çalışan işçilər hələ də mart ayının əməkhaqqısını almayıblar". Bunu DİA.AZ-a açıqlamasında tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı bildirib. Hüquq müdafiəçisinin sözlərinə görə, sözügedən məsələ ilə bağlı ona işçilərin özləri tərəfindən şikayət olunub.
"Bu halda İdarə rəhbərliyi tərəfindən Əmək Məcəlləsinin aşağıda qeyd olunmuş maddələrini pozulmuş olur" deyən M.Qəhrəmanlı qanundan sitat gətirib:
"Azərbaycan Respublikasının Əmək Məcəlləsində aşkar şəkildə deyilir ki, (maddə 172.5.) əməkhaqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir.
Məcəllənin 178. 1.-ci maddəssində isə nəzərdə tutulur ki, işçiyə aylıq əməkhaqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir".
Məsələ diqqətimizdədir. Bütün əlaqədar şəxs və qurumları dia.az olaraq dinləməyə hazırıq...