Bəzi mağazalarda niyə ƏDV olan qəbz müştəriyə dərhal verilmir? - Video





Bəzi  mağazalardan alınan məhsullara görə ƏDV fərqli üsulla verilir.

Siam.az  Xezerxeber.az-a istinadla xəbər verir ki, bu zaman 2 qəbz təqdim olunur. İlk qəbz ƏDV-siz, daha sonra isə onu təqdim etməklə ƏDV-li qəbzi alırsınız.
Sahibkarlar bunu niyə edirlər? Niyə ƏDV olan qəbz müştəriyə dərhal verilmir?
Hadisə Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən marketlərdən birində baş verib.
Alıcılar iddia edir ki, vəziyyətlə bağlı market rəhbərliyinə dəfələrlə müraciət etsələr də nəticə dəyişməyib. Bu mağazada alıcılara verilən qəbzin biri ƏDV-li, digəri isə ƏDV-siz olur. Bunu biləndə var, bilməyəndə...
Məsələyə market rəhbərliyi də münasibət bildirib. Adını deməyən şəxsin sözlərinə görə, əvvəllər 1 çek verilib, sonradan problemlər yarandığından bu üsula əl atıblar.
Bənzər mənzərə Sumqayıtda olan marketlərdən birində də yaşanır.
Alınan məhsula görə 2 çek verilir.
Mağazadan isə bildirildi ki, bu məsələ ilə bağlı heç bir məlumat vermək istəmirlər.
Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirildi ki, problemlə bağlı əgər vətəndaşlar xidmətə müraciət edərlərsə o zaman məsələ araşdırıla bilər.
Ətraflı videomaterialı təqdim edirik:
 
Tarix: 21-04-2023, 10:52
Xəbəri paylaş





Xəbər lenti