“Yollara görə taksilər də qiyməti qaldırıb, Masallıdan Bakıya getmək daha sərfəlidir”


Masallı rayonunun Mololon kənd sakinləri yolların vəziyyətindən şikayətçidirlər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə bir qrup kənd sakini Meydan TV-yə məlumat verib.
Onlar bildiriblər ki, kəndin yolları atıq uzun müddətdir ki, bərbad vəziyyətdədir. Bununla bağlı döymədikləri qapı, şikayət etmədikləri qurum qalmayıb, amma tədbir görən yoxdur.
“Əkin sahələrinə gedə bilmirik”, - sakinlər deyib.
Kəndin 500-dən çox sakini var. Şikayətçilərin sözlərinə görə, kələ-kötür yollar avtomobillərini tez-tez sıradan çıxarır, xərcə düşürlər:
“Kəndə bir dəfə gələn yollara görə daha gəlmək istəmir. Taksilər də məhz yola görə qiymətləri artırıblar. Masallıdan Bakıya getmək daha sərfəlidir”.
“Digər problemləri birtəhər yoluna qoya bilirik. Amma yollara gücümüz çatmır, dəfələrlə deyilib, telekanallar da işıqlandırıblar. Amma nəticəsi olmayıb. Nə ay bitir, nə də onların vədləri”, - kənd sakini Musa Quliyev deyib.
Kənd bələdiyyəsindən bildiriblər ki, həmin yol bələdiyyənin deyil, dövlətin nəzarətindədir:
“Problemi olan kəndiçi yollar deyil, Mahmudovar çöl yoludur. Əvvəl yaxşı vəziyyətdə idi, İpək yolu çəkiləndən sonra yol sıradan çıxdı, ona görə də təmirə ehtiyac yaranıb”.
Bələdiyyədən onu da deyiblər ki, kənd qazlaşdırılıb, daxili yollar bələdiyyənin hesabına təmir edilir. Bu yol isə dövlət tərəfindən təmir olunmalıdır.
Bələdiyyədən “yolun yaxın vaxtlarda təmir ediləcəyi gözlənilir” deyilsə də, dəqiq tarix söyləməyiblər.

Tarix: 21-04-2023, 15:31
Xəbəri paylaş





Xəbər lenti