Xırdalanda zibil qutularının qoyulduğu bütün məhəllələrdə antisanitar vəziyyət hökm sürür. Sakinlər zibil qablarının gec-gec təmizləndiyini bildiriblər. “Xırdalanın zibil qablarını təmizləyən yoxdur. Zibillər dolub-daşır, siçanlar hər yeri basır. Kommunal ödənişləri etməyimizə baxmayaraq, antisanitar vəziyyət olan yerdə yaşayırıq. Uşaqlar iydən, qoxudan yoldan keçə bilmirlər”, – Xırdalan sakini narazılığını bildirib.
Qeyd edək ki, Bu il COP29-un Azərbaycanda keçirilməsi və 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” olmasına baxmayaraq, Abşeronda antisanitar vəziyyət höküm sürür.Şəhər zibil içində batır, Balaxanı zibiliyi artıq Abşeron şəhərindədir.