“Lotu Quli” Ukraynada kriminal vəziyyətlə maraqlanır ...

“Lotu Quli” Ukraynada kriminal vəziyyətlə maraqlanır ...
Bir müddət əvvəl azadlığa buraxılan azərbaycanlı kriminal avtoritet Nadir Səlifov (Lotu Quli) Ukraynadakı kriminal vəziyyətlə yaxından maraqlanmağa başlayıb.

Siam.az teleqraf.com-a istinadən xəbər verir ki, bununla bağlı ukraynalı jurnalist Stanislav Reçenski Feysbuk hesabında məlumat paylaşıb.


Ukrayna Təhlükəsizlik Xidmətinin sabiq mətbuat katibi Reçenskinin sözlərinə görə, Səlifov öz mafiya üzvlərinin vasitəsilə bu ölkədə qanunsuz fəaliyyət üçün kanallar axtarır:

“O, Ukraynadakı kriminal vəziyyəti təsiri altına almaq istəyir. Hazırda Ukraynada kriminal vəziyyətə təsir edə biləcək “qanuni oğru”lar yoxdur. Bu ölkədə ən güclü kriminal avtoritet sayılan Sergey Lısenko (Lera Sumski) Moskvada həbsdə olan oğlunun azad olunması üçün yollar axtarır.

Digər kriminal avtoritet Andrey Nedzelski (Nedelya) isə Ukraynaya qayıtmaqdan qorxur”.

Siam.az
Tarix: 19-12-2017, 08:38
Xəbəri paylaş





Xəbər lenti