Həmkarlar İttifaqı Aşıq Ələsgərin evini restorana çevirib

Həmkarlar İttifaqı Aşıq Ələsgərin evini restorana çevirib
Prezident İlham Əliyevin iştirakı ilə Bakıda baş tutan Aşıq Ələsgərin abidəsinin açılışında Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərli də iştirak edib. XALQ.AZ onun modern.az saytına 9 Dekabr 2021 tarixli müsahibəsindən çıxarışı diqqətinizə təqdim edir:
“Aşıq Ələsgər hansı xalqın mədəni tarixində olsaydı, bütün dünyaya yaymışdılar. Bu gün Aşıq Ələsgərin adını daşıyan bir Mədəniyyət evi belə yoxdur. Utanverici məqamdır. Əvvəllər belə bir mədəniyyət ocağı var idi. Sonradan onu Mədəniyyət Nazirliyinin balansından çıxarıb, Həmkarlar İttifaqına verdilər. Bununla Aşıq Ələsgərin adını daşıyan Mədəniyyət evi özəlləşdirilib, bir tərəfi xeyir-şər evi, bir tərəfi isə restoran şəklində istifadə olunur. Çox acınacaqlı bir vəziyyətdir və mən düşünürəm ki, elə ilk olaraq bu mədəniyyət ocağının bərpası ilə başlamaq lazımdır”.

Vəkil Aslan İsmayılov yazıb ki, ümid edirəm, heç olmasa son hadisələrdən sonra Aşıq Ələsgərin adını daşıyan Mədəniyyət evini dədə malı kimi satanlar barədə Prezident İlham Əliyevə doğru-düzgün məlumat veriləcək.
Tarix: Bu gün, 10:24
Xəbəri paylaş





Xəbər lenti