Sıradakı nazir ODUR? - Belə deyirlər...

Sıradakı nazir ODUR? - Belə deyirlər...
Daha bir nazirin yola salınacağı haqda iddialar var. Bu barədə DİA.AZ-a danışan məlumatlı mənbə iddia edir ki, yaxın vaxtlarda postunu itirəcək fiqurlardan biri də Maliyyə Naziri Samir Şərifovdur.

Xatırladaq ki, Samir Şərifovun adı hələ məlum "maliyyə qalmaqalı"nın ilk günlərində mənfiyə doğru xarakterizə edilməkdə idi. Lakin sonradan MN şefi "kəfəni yırtmış" kimi göründü. Amma aydın olanı odur ki, vəziyyət heç də dəyişməyib, sadəcə olaraq proseslər konservləşdirilib. Elə bunu da açıqlamasında dia.az-a söyləyən qaynaq iddia edir ki, Samir Şərifovun ünvanına çox sərt ittihamlar var və bu da onun gedişini labüdləşdirir:

"Sadəcə olaraq müəyyən dönəmlik əyləcə basılmışdı. İndi isə dəyişiklik zamanıdır".

Əlavə bilgilərimiz olacaq. Bizi izləyin...
Tarix: 19-12-2017, 10:39
Xəbəri paylaş





Xəbər lenti