Şəhid anası yenidən Məhkəmə- Hüquq Şurasının sədri Fikrət Məmmədova müraciət elədi.

Şəhid anası yenidən Məhkəmə- Hüquq Şurasının sədri Fikrət Məmmədova müraciət elədi. Şəhid anası Ə. Muradova 28.12.2017-ci ildə yenidən hakim Svetlana İsmayılovanın qanunsuz hərəkətlərinə qiymət verilməsi xahişi ilə Məhkəmə -Hüquq Şurasının sədrinə müraciət edib.

Qeyd edək ki, 5 dekabr 2017-ci ildə Gəncə İnzibati- İqtisadi Məhkəməsində şəhid anası Əsli Muradovanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinə qarşı qaldırdığı iddia üzrə sonuncu məhkəmə iclası keçirilib.


Xatırladaq ki, Əsli Muradovaya oğlu Mübariz Muradov Murovdağda xidməti borcunu yerinə yetirərkən həlak olandan sonra şəhid ailəsi statusu verilib. 1996-cı ildə Bərdə Rayon Əhalinin Sosial Müdafiə Mərkəzində şəhid ailəsinə aid imtiyazın tətbiq olunması barədə qərar qəbul olunub.2014-cü ilə qədər şəhid anası Əsli Muradovanın statusa mövcud qanunvericiliyə uyğun olaraq toxunulmayıb.Həmin ilin noyabrından Şəhid ailəsi statusu və şəhid ailəsinə verilən imtiyaz barədə qərar ləğv edilmədən DSMF Bərdə rayon şöbəsi Ə. Muradovanın şəhid təqaüdünü dayandırıb. Bu qurumdakılar başqa hansı biabırçılıqları törədib, bizi izləyən əziz oxucularımız yaxşı bilirlər.

Ə.Muradovanın məhkəmədəki səlahiyyətli nümayəndəsi Xaqani Məmməd bildirir ki,” şəhid ailəsi barədə mövcud qərar qüvvədə olduğu halda inzibati orqan indiki hərəkətləri etməkdə haqlı deyil.İnzibati orqan məhkəmədə şəhid ailəsinin statusunun ləğvi barədə ayrıca iddia ilə çıxış edə bilər.Amma özü şəhid ailəsinə verilən imtiyazı ləğv edə bilməz.”

Hakim Svetlana İsmayılova uzun müddət vaxt və baş aparıb məkəmə şousu yaratması sonda əvvəlcədən proqnozlaşdırılan kimi olub.Əsli Muradovanın hüquqlarının bərpa edilməsi yox, qaldırdığı iddianın təmin edilməməsi barədə qətnamə çıxarılıb.

Hakimin çıxardığı qətnamə 5 dekabrda qəbul olunsa da bu günə qədər iddiaçıya təqdim olunmayıb.Görünür apelyasiya şikayətini əngəlləmək üçün qətnamənin ünvanına çatdırılması gecikdirilir.

Hakim Svetlana İsmayılovanın qərəzli və hakim adına yaraşmayan hərəkətlərindən Məhkəmə – hüquq şurasının sədri cənab Fikrət Məmmədova 22.11.2017-ci ildə şikayət məktubu ünvanlanıb. Məktubda bildirilir: İddia ərizəsinin icraata qəbul edilməsinə və təxminən bir il vaxt keçməsinə baxmayaraq hakimin işə qərəzli yanaşması nəticəsində proses başa çatmayıb , eyni zamanda xanım İsmayılovanın işin nəticəsində maraqlı olduğu açıq aydın görünür.Mən prosesdə nümayəndə ilə təmsil olunsamda digər oğlum məhkəmə zalında prosesi izləyir.Hakim məhkəmə prosesini elə aparır ki, sanki mən yenidən şəhid ailəsi statusu almaq tələbiylə iddia qaldırmışam.Hansıki mənə şəhid ailəsi statusu və prezident təqaüdünün verilməsi barədə qərar bu gündə qüvvədədir.İnzibati orqanın tələb etdiyi sənəd Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən oğlumun hansı şəraitdə həlak olduğu barədə arayışda məhkəməyə təqdim edilib.Hakim prosesual normanın tələbinə uyğun olaraq nümayəndəmin sübut olduğu ehtimalı üzrə tələb etdiyi sənədlərin İcra hakimiyyəti orqanından məhkəməyə bildirilməsi barədə qaldırdığı vəsatəti maraqlı olduğu üçün təmin etmir.Tərəflərə iddianın və etirazın əsaslarını sübut etməyə eyni şəraiti yaratmır.Nümayəndəmə təzyiqlər edir.Hətta hakim işi o səviyyədə aparır ki, zalda oturan oğluma bildirir ki, məhkəmədə yenidən şəhid ailəsi statusu almaq üçün məhkəməyə müraciət edilsin.Nümayəndəm bildirir ki, şəhid ailəsi barədə mövcud qərar qüvvədə olduğu halda inzibati orqan indiki hərəkətləri etməkdə haqlı deyil.İnzibati orqan məhkəmədə şəhid ailəsinin statusunun ləğvi barədə ayrıca iddia ilə çıxış edə bilər.Amma özü şəhid ailəsinə verilən imtiyazı ləğv edə bilməz. Bu zaman hakim ona hədələyici təzyiqlər edir, barəsində tədbir görəcəyini bildirir və açıq -aydın cavabdeh tərəf kimi çıxış edir.Göstərilən hallar isə hakim xanım Svetlana İsmayılovanın Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsinin, Azərbaycan Mülki Prosesual Məcəlləsinin,Hakimlər Haqqında Azərbaycan Respublikasının Qnununun və Hakimlərin Əxlaq Kodeksinin tələbini və ən nəhayət Azərbaycan Respublikasının Konstitusiya normalarını bilərəkdən pozmasıdı.

Hakim Svetlana İsmayılovanın qanunsuz hərəkətləri barədə yazılan şikayət ərizəsi Gəncə İnzibati- İqtisadi məhkəməsinə yönləndirilib. Maraqlıdır ki, şikayətə cavab olaraq 27.12.2017-ci ildə Əsli Muradovanın ünvanıma haqqında şikayətçi olduğu Svetlana İsmayılovanın elə özü tərəfindən cavab verilib. Ancaq şikayətə cavab yazan Svetlana İsmayılova özünün hərəkətlərindən bir kəlmədə olsun yazmayıb. Bildirilib ki, Sizin iddia üzrə işə baxılıb, ancaq təmin edilməmişdir. Və qətnaməni alandan 30 ( otuz) gün müddətində apelyasiya şikayəti verə bilərsiniz.

Əsli Muradova bildiririk ki, onun Məhkəmə -Hüququ Şurasına yazdığı şikayət məhkəmənin qərarından yox,hakimin qanuna zidd hərəkətlərindən idi.Ona görədə şikayətə cavab verərkən çıxardığı qətnamədən yox, elədiyi qanunsuz hərəkətlərə aydınlıq gətirsə daha yaxşı olardı. Ə. Muradova 28.12.2017-ci ildə yenidən hakim Svetlana İsmayılovanın qanunsuz hərəkətlərinə qiymət verilməsi xahişi ilə Məhkəmə -Hüquq Şurasının sədrinə müraciət edib.

Hakim Svetlana İsmayılova məhkəmə zalına yıxıla dura köməkçilərinin yedəyində gedib gəlir.Əziyyətinə rəğmən çox acınacaqlıdır. Bir hakimin can ağrısı çəkə-çəkə gözə görükməsi, ədalətə ümid bağlayanların haqqında şikəst qərarlar çıxarması heç arzu olunan deyil. Bu təəssüratlara köklənməklə Azərbaycanda ədalət sistemi haqda nə düşünmək olar ki. Azərbaycanın məhkəmələri də hakim Svetlana İsmayılova kimi axsamırmı? Görünür yedəkdə olan tək hakim yox, həm də Azərbaycanda hüquq -ədalət adında bir məfhum oldu. Hakim Svetlana xanım İsmayılova köməkçilərinin, məhkəmələr isə inzibati orqanların yedəyində hara çəkirlərsə ora gedir. Şəhid anası yenidən Məhkəmə- Hüquq Şurasının sədri Fikrət Məmmədova müraciət elədi.
Şəhid anası yenidən Məhkəmə- Hüquq Şurasının sədri Fikrət Məmmədova müraciət elədi.
Tarix: 28-12-2017, 21:15
Xəbəri paylaş





Xəbər lenti