“Lotu Quli”nin rəqibi bəlli oldu - KRİMİNAL ALƏMDƏ GƏRGİN ANLAR YAŞANIR

“Lotu Quli”nin rəqibi bəlli oldu - KRİMİNAL ALƏMDƏ GƏRGİN ANLAR YAŞANIR
Nadir Səlifovun (Lotu Quli) azadlığa çıxması ilə kriminal aləmdə yeni düzən başlayıb və hazırda birincilik uğrunda mübarizə gedir.

Gununsesi.info “rosbalt”a istinadən xəbər verir ki, kriminal aləmdə birincilik uğrunda mübarizədə ən iddialı və real namizədlər “Lotu Quli” və Zaxariya Kalaşov (Şakro Molodoy) hesab olunub.


Hazırda onlar arasında gmübarizə gedir. Çünki “Şakro” özünü Rusiya ərazisində bir nömrəli “qanuni oğru” hesab edir. Lakin “Şakro Molodoy” həbs olunduğundan və barəsində məhkəmə getdiyindən o, öz yerinə müvəqqəti olaraq varis təyin etmək qərarına gəlib. Ciddi müzakirələrdən sonra “Şakro” Vasya Voskresin namizədliyi üzərində dayanıb. Bunun isə bir sıra səbəbləri olub. Vasya digər kriminal avtoritetlərlə bərabər səviyyədə münasibət qura bilir. O eyni zamanda, “obşak” yığmaqda böyük təcrübəyə malikdir. Digər səbəb isə Vasya bir zamanlar “kriminal general” Ded Xasanın klanında yer alıb.

Şakro 2014-cü ildə İspaniyada uzunmüddətli həbsdən Rusiyaya dönərkən Voskres onun Moskvada reablitasiya olunmasına yardım edib. Vasya Şakronun katejində şəxsi qonağı olub. Vasya eyni zamanda, Şakroya “Ded Xasan”ın və Vyaçeslav İvankovanın (Yaponçik) qəbirlərini ziyarət etməyə yardım edib. Bütün bu amillər “Şakro”ya Vasya Voskresin öz varisi elan etməsinə nədən olub.

“Rosbalt”ın məlumatına görə, Vasya Voskres də müəyyən müddət düşündükdən sonra “Şakro”nun müvəqqəti varisi olmağa razılıq verib. İndo Vasya müvəqqəti olaraq “Nömrə bir qanuni oğru” rolunu icra edəcək. O bu statusu “Şakro” həbsxanaya gedənədək qorumalıdır.

Vasya Voskres bundan sonra “bütün bossların bosu” rolunu oynaya biləcək, ya yox, bunu zaman göstərəcək. Yoxsa Vasya əvvəlki kimi yenə də “kassanı idarə edən şəxs” olaraq qalacaq. Bax, bu böyük sualdır.

Onu da demək lazımdır ki, Vasya Voskresə bu işdə “qanuni oğru” Merab Qoqiya (Meliya) müşaiyət edir.


Qeyd edək ki, “Lotu Quli” də “bir nömrəli qanuni oğru” uğrunda mübarizədə aparır. Hazırda “Quli” Türkiyədə öz klanını formalaşdırmaqla məşğuldur. “Quli” digər kriminal avtoritetlərə xas olmayan qeyri-standart gedişlərdən istifadə edir. O, hesab edir ki, kriminal aləmdə “kral”a, “daha doğrusu “bütün bossların bosu”na ehtiyac yoxdur. “Quli”nin fikrincə, bütün “qanuni oğru”lar özünü eyni səviyyədə “qardaş kimi” aparmalıdır. Bununla da “Quli” “qardaşlar arasında ən böyüyü” olmaq istəyir. “Lotu Quli”nin rəqibi bəlli oldu - KRİMİNAL ALƏMDƏ GƏRGİN ANLAR YAŞANIR
Tarix: 30-12-2017, 15:38
Xəbəri paylaş





Xəbər lenti