Niyə Azərbaycan deputatı ona səs verən Azərbaycan vətəndaşından 23 dəfə çox maaş almalıdır?

Niyə Azərbaycan deputatı ona səs verən   Azərbaycan vətəndaşından 23 dəfə çox maaş almalıdır?
Niderland deputatıyla müqayisədə Azərbaycan deputatı sıravi həmvətənlərindən 18 dəfə çox qazanır

Niderlandda parlament üzvü ayda 7.705 avro əmək haqqı alır. Ölkədə minimum əmək haqqı 1.565 avro, orta aylıq əmək haqqı isə 2.855 avrodur (bütün rəqəmlər brutto məbləğidir).


Qısa təhlil belə deyir ki, Niderland deputatı minimum əmək haqqının 4,9 mislini, orta aylıq əmək haqqının isə 2,6 mislini alır.

Bu nisbətdə Azərbaycan reallığını gözdən keçirdək.

Azərbaycanda minimum aylıq əməkhaqqının məbləğinin 2018-ci il yanvarın 1-dən 130 manat müəyyən edildiyi bildirilir. Bunun da 4.9 misli 637 manat edir. Deputatlarımız isə yayılan xəbərlərə görə 2018-ci il yanvarın 1-dən 3000 manat əmək haqqı alacaqlar.

Deməli, Azərbaycan deputatının əmək haqqısı Niderlanddakı analoji situasiyadan fərqli olaraq minimum əmək haqqından 4,9 dəfə deyil, 23 dəfə çoxdur (3000 / 130 = 23, 08). Buradan belə nəticə çıxır ki, Niderland deputatıyla müqayisədə Azərbaycan deputatı sıravi həmvətənlərindən 18 dəfə çox (23 – 4,9 = 18,1) qazanır.

Bu nə üçün belə olmalıdır? Niyə Azərbaycan deputatı ona səs verən və həyatın dibində yaşayan Azərbaycan vətəndaşından Niderlanddakı kimi 4,9 dəfə deyil, 23 dəfə çox maaş almalıdır?
Tarix: 31-12-2017, 09:06
Xəbəri paylaş





Xəbər lenti