Təhsil Nazirliyini yanğınla hədələdilər: "Obyekti yandıraq ki, prezident nəzarətə götürsün?"




Təhsil Nazirliyini yanğınla hədələdilər: "Obyekti yandıraq ki, prezident nəzarətə götürsün?""Təhsil nazirliyi yaratdığım liseyin nizamnaməsinə verməli olduğu rəyi 4-cü dəfə də vermədi. Yenədə 3 dənə bənd əlavə edib ki, get bunları düzəlt gəl. Bunun üç adı var: 1. Savadsızlıq, 2. Şəxsi qərəz 3. Öz bizneslərinə başqasının daxil olmasına mane olmaq”.

Bu sözləri təhsil eksperti Kamran Əsədov deyib.O bildirib ki, onlara 1 nizamnamə təqdim edib:

"Onlar da nizamnaməyə ümumilikdə baxıb bir rəy verməlidir ki, onları düzəldib təqdim edim. Amma bunlar mən hər dəfə onların qeyd etdiyini düzəldirəm, onlar da yenidən bir şey yazıb geri qaytarır. Bu harda görülüb?

Gör nə qədər savadsızdırlar ki, bir işə hər dəfə yeni rəy verirlər. Siz bir dəfə ümumi bütün bəndlərə baxmalısız, bütün qeydləri yazmalısız, məndə düzəldib verməliyəm. Yoxsa başınız qonaqlığa elə qarışıb ki, sona qədər baxa bilmirsiz.

Mən oktyabr ayında nizamnaməni təqdim etmişəm, noyabr ayında qanuna dəyişikliklər olunub. Axı qanunun geriyə qüvvəsi yoxdur. Var e, o da insanlara müsbət təsir göstərəcəksə.

Yoxsa, mən təqdim edəndən sonra dəyişikliklər edilib deyə, imtina edilə bilməz.

Prezident həmişə, dünən də deyir ki, sahibkarın yanındadır. Amma Təhsil nazirliyi ölkə prezidentinə qarşı çıxır. İmkan vermirlər ki, sahibkarlar işləsin. Hər dəfə eyni şeyə 30 iş günü deyib 6 aydır ki, vaxt uzadırlar.
Tarix: 29-03-2019, 17:03
Xəbəri paylaş





Xəbər lenti