COP29-a tədarüksüz olan İCRA BAŞÇILARI... - Mühüm tədbirə ETİNASIZLIQ?

COP29-a tədarüksüz olan İCRA BAŞÇILARI... - Mühüm tədbirə ETİNASIZLIQ?
Regionlarımızda məişət və istehsalat tullantılarının düzgün idarə olunmaması səbəbindən ətraf mühütə və ekologiyaya ciddi ziyan vurulması yerli sakinlərin haqlı narazılığına səbəb olub.

İstər şəxsi müşahidələrimiz, istərsə də onlayn mediada ictimailəşən ekoloji mövzulardan aydın olur ki, bəzi rayonlarımızda məişət və istehsalat tullantılarının idarə olunması arzulanan səviyyədə deyil. Buna misal olaraq, Saatlı rayonu Növruzlu kəndinə gedən yolun sağı və solunda, qanunsuz zibil paliqonuna çevrilib, və hər türlü tullantıların atılaraq yandırılması mənzərəsi bizdə təəssüf hissi doğurdu.

Rayonlarda, kəndlərdə tullantıların idarə olunmasına müvafiq icra hakimiyyətləri və bələdiyyələr çalışmalıdır və təşəbbüskar olmalıdırlar. Ənənəvi şəkildə ərazilərin tullantılardan təmizlənməsini həyata keçirməlidirlər, amma təssüf ki bunu görə bilmirik.

ETSN, DETX və polis əməkdaşları tərəfindən məlum problemlrlə bağlı tərtib edilən protokollar, yazılan cərimələr belə regionda acınacaqlı ekoloji vəziyyətin düzəlməsinə nail ola bilmir. Yerli camaatın dili ilə desək səbəb birdir, "çalışmayan icra orqanları, işləməyən bələdiyyə qanunları". Necə deyərlər, qanunsuz zibil poliqonlarıyla, COP 29 -un üzün ağ etməyən rayonlarımız və cavabdeh məmurlarımız nəyə və kimə xidmət edir. Axı bizim Müzəffər Prezidentimiz dəfələrlə deyib: "Məmurlar xalqın xidmətçisidir"
Ətraflı videosujetdə:


Qeyd edək ki, Ekologiya.az-ın əməkdaşları Regionlarımızda məişət və istehsalat tullantılarının düzgün idarə olunmaması səbəbindən ətraf mühütə və ekologiyaya vurulan ciddi ziyanla bağlı, çoxsaylı vətəndaş şikayətlərinə əsasən Hacıqabul, Kürdəmir, Ucar, Göycay, Ağsu, Beyləqan və İsmayıllı rayonlarında araşdırmalar aparacaq, videosujetlər hazırlayacaq. Bizi izləyin!

Ekologiya.az
Tarix: Bu gün, 15:05
Xəbəri paylaş





Xəbər lenti