Rayon rəhbəri Tərtər Peşə Məktəbində pedaqoji kollektivə və tələbələrə yaradılan şəraitlə tanış olub


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtər
Peşə Məktəbində müəllim, istehsalat təlimi ustaları və tələbələrlə görüşüb,
təlim və tədris üçün onlara yaradılan şəraitlə tanış olub, kollektivə yeni dərs
ilində uğurlar arzulayıb
.
Rayon rəhbəri bildirib ki, bu gün ali təhsillə yanaşı, peşə təhsilinin inkişafı
istiqamətində də ardıcıl tədbirlər görülür. Yaradılan şərait pedaqoji heyətin
qarşısında mühüm vəzifələr qoyur. Məktəbdə tədris olunan ixtisaslar üzrə
peşəkar kadrların hazırlanması daim diqqət mərkəzində saxlanılmalı, tədris
prosesi günün tələbləri səviyyəsində qurulmalıdır.
Məlumat üçün bildiririk ki, Tərtər Peşə Məktəbi 1960-cı ildən fəaliyyət
göstərir.
Məktəbin 5 mərtəbəli tədris binası heç vaxt əsaslı təmir edilmədiyindən
yardımçı binalar köhnə tikililər olduğundan böyük əksəriyyəti qəzalı
vəziyyətdə idi. Uzun illər məktəbdə məcburi köçkünlər məskunlaşdığı üçün
məktəb öz görkəmini tamamilə itirmişdi.
Elm və Təhsil Nazirliyi tərəfindən əsaslı təmir işləri aparıldıqdan sonra
məktəb öz görkəmini tamami ilə dəyişib. Məktəbin 1, 2, 3-cü mərtəbələri
tədris, 4 və 5-ci mərtəbələri isə yataqxana üçün nəzərdə tutulub.
Qeyd edək ki, məktəbdə 332 nəfər tələbə tədris keçməklə müxtəlif
peşələrə yiyələnir. Məktəbdə 45 nəfər çalışır ki, onların da 30 nəfəri 17
qrup üzrə usta və müəllim kimi fəaliyyət göstərir.
Hazırda Tərtər Peşə Məktəbində müasir standartlara və əmək bazarının
dinamik və daim dəyişən tələblərinə uyğun ixtisaslar tədris olunur. Bu
haqqda rayon rəhbərinə məlumat verən məktəbin direktoru Əli Babayev
bildirib ki, hazırda peşə məktəblərinə maraq xeyli artıb, əvvəlki illərdən
fərqli olaraq peşə məktəbinə münasibət tamamilə dəyişib.
İndi məktəbimizdə müasir ixtisaslar dərzi, geyim üzrə dizayner, xalçaçı,
dayə, baytar, texnik, qaynaqçı, avtoelektrik, avtoçilingər, tikiş üzrə operator
və sair ixtisaslara tələbələrin marağı daha böyukdür.
Direktor təqaüdlər haqqında da məlumat verib.Qeyd edib ki,əlaçılar 100
manat,zərbəçilər 80 manat,digərləri isə hər ay 66 manat təqaüd alır.
Məktənin Qaradağlı kəndində 20 hektar,Əksipara kəndində isə 50 hektar
tədris-təcrübə sahəsi var.Onlar fermerlərlə müqavilə bağlayaraq birlikdə
fəaliyyət göstərir, taxıl, günəbaxan əkib becərirlər. Bu il tədris təcrübə
sahəsindən müqavilə əsasında məktəbin hesabına 28000 manat vəsait
köçüb.
Peşə məktəbinin məzunlarına verilən üstünlüklər barədə danışan direktor
onu da deyib ki, işəgötürənlər indi peşə məktəbini bitirən ixtisaslı
mütəxəsislərə üstünlük verirlər. Peşə məktəbinin məzunları kollec
bitirənlərlə eyni səviyyədə tutulur, onlarla birlikdə imtahanlarda iştirak
edirlər, topladıqları bala uygun işlə təmin olunurlar.
Tərtər Peşə məktəbinin direktoru Əli Babayev  kollektivi Tərtər
rayonunda təhsilə, onun maddi-texniki bazasının gücləndirilməsinə
göstərilən diqqət və qayğıya görə möhtərəm cənab Prezident İlham Əliyevə
və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını
bildirib.
 
Tarix: Bu gün, 10:41
Xəbəri paylaş





Xəbər lenti